Ali Lider Əli Xamenei süni intellekti bəyənmir

İranın Ali Lideri Əli Xamenei süni intellekt vasitəsilə aradılan musiqidə qadın
səsinin dinlənilməsinin haram olduğunu bəyan edib.
Bu barədə Azad İrana informasiya agentliyinə istinadən azerbaycanruznamesi.org məlumat verib
Onun sözlərinə görə, səsin mənbəyinin həqiqi insan və ya süni intellekt (AI)
olmasından asılı olmayaraq, bu, haramdır.
“Haram hallarında səsin həqiqi insan və ya süni intellekt tərəfindən yaradılması
arasında heç bir fərq yoxdur”, – deyə Xamenei qeyd edib.
Xatırladaq ki, İranda 1979-cu il İslam İnqilabından sonra qadınların solo çıxışları
və onların musiqi parçalarının yayılması qadağan edilib. İnqilabdan əvvəl fəal
şəkildə çıxış edən qadın müğənnilərin əksəriyyəti ya ölkəni tərk etmək
məcburiyyətində qalıb, ya da fəaliyyətini dayandırıb.

Şərhlər bağlıdır.