Azərbaycanlı fəallar Ərdəbildə məktəblilərə türkcə kitablar payladı

Ərdəbil şəhərində İran adlanan yerdə təhsil sisteminin təkdilli olmasına etiraz
olaraq Azərbaycan Milli Hərəkatının fəalları azərbaycanlı uşaqlar arasında
yüzlərlə türkcə uşaq kitabı paylamağa başlayıblar.
Kitablarda əsasən dil təhsili və türk uşaq hekayələri yer alıb və kitabların
paylanması zamanı uşaqlara və onların valideynlərinə dil hüquqları, ana dilində
təhsilin faydaları haqqında məlumat verilib.
Hər il təhsil ilinin əvvəlində Azərbaycan Milli Hərəkatının fəalları Azərbaycan
millətinin müxtəlif təbəqələri ilə birlikdə türkcə kitablar yaymaqla, divarlara
yazılar yazmaqla və… müxtəlif yollarla ana dilində təhsilin olmamasına
etirazlarını bildirirlər.
GATB

Şərhlər bağlıdır.