Həsən Ruhani: Növbəti müharibəni ya təxirə salmalıyıq, ya da ləğv etməliyik

Keçmiş İran prezidenti Həsən Ruhani yenidən Batı ilə danışıqlar aparmağı tələb
edib və xəbərdarlıq edib ki, İran hərbi, kəşfiyyat, siyasi və diplomatik gücünü
artırmazsa, yenidən müharibə təhlükəsi var.
Ruhani son açıqlamalarında deyib: «Əgər milli gücü yüksəltsək, müharibə
olmayacaq. Əgər bunları etməsək, ehtimal ki, müharibə olacaq.» O, İsraillə 12
günlük müharibədən sonra Əli Xameneinin sözlərinə işarə edərək əlavə edib:
«“Müharibəyə yox”u reallaşdırmaq üçün çalışaq və bu, mümkündür.»
O, ABŞ-ın İranın nüvə obyektlərinə hücumları barədə də danışaraq bildirib ki,
22 il əvvəllər, İran Nətanz obyektini inşa edərkən, ABŞ hücum üçün bombaları
və pilotları hazırlamışdı.
Ruhani «casus» adı ilə həbs edilən şəxsləri müdafiə edərək söyləyib: «Əgər
ölkədə on dənə yüksək səviyyəli Mossad casusu tutulsa və düşmən bilsə ki,
əsas adamları tutulub, onun planları pozular və məcbur olub hamısını yenidən
planlaşdırmalıdır.»
Keçmiş prezident həmçinin vurğulayıb ki, İran həm döyüşməyə, həm də təslim
olmağa məcbur deyil başqa yol da var: «Dünyayla əlaqə yolunu tapaq.»
Ruhani çıxışını mürəkkəb danışıqlar kontekstinə bağlayaraq yekunlaşdırıb:
«Sanksiyalar və təhdidlərə baxmayaraq, indi danışıqların mümkün olmadığını
demək olmaz. Biz qalan fürsətdən istifadə edib müharibəni təxirə sala və ya
hətta ləğv edə bilərik.»
İranwire.com

Şərhlər bağlıdır.