Yanvarın 14-də Tehranda etirazlar zamanı Təbrizin “Traktor” futbol klubunun keçmiş oyunçusu
Müctəba Tərşizin öldürülməsinin detalları məlum olub.
Hadisə onun həyat yoldaşı Arzu Mədəninin güllələnmədən qorumağa çalışdığı an baş verib.
Keçmiş futbolçu atəş zamanı bədənini həyat yoldaşı üçün sipər edərək həyatını itirib.
Tərşiz Arzu və qaynı ilə birlikdə Tehranın Andişə qəsəbəsində keçirilən etirazlarda iştirak edib. Onlar
İranın təhlükəsizlik qüvvələri tərəfindən bir küçənin dalanında mühasirəyə alınıb və atəşə tutulublar.
İran hərbçiləri Arzunu hədəfə alıblar, amma Tərşiz həyat yoldaşını qorumaq üçün onun önünə keçib.
Birbaşa açılan atəş nəticəsində həlak olub, güllə onun ağciyərini deşib. Atəşdən bir neçə dəqiqə sonra
həyat yoldaşının qucağında vəfat edib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.