128 il bundan qabaq ilk dəfə olaraq Azərbaycanda işə başlayan fabrik həmin “Bustan” fabriki
olmuşdur. Sonralar bu fabrik genişlənmişdirsə də həmişə pis idarə olunduğundan zərər etmişdir.
Xüsusilə bu son zamanlarda fabrik bütün-bütünə zərərli olub ortadan getmək üzrə idi. Milli dövlətimiz
hər xüsusda olduğu kimi bu barədə də laqeyd qalamadı. Fabriki bu son zamanda cənab Mir Mehdi
Çavuşi kimi fəal sənətkar bir müdirin əlinə tapşırdı. İndi bu fabrikin Novruz bayramından bu tərəfə
müntəzəm surətdə istehsalı getdikcə artmaqdadır. “21 Azər” medalının lentini də bu fabrik
hazırlamışdır. Bayramın 13-də (02.04.1946 – red.) fabrikin 700 nəfər işçisi tətil günü olduğuna
baxmayaraq işləyib 2 min tümənə qədər olan həmin günün əmək haqqını Milli hökumətimizin xeyrinə
buraxmışlar. İndi həmin fabrikin bütün işçiləri idarəmizə yazdıqları məktubda cənab Çavuşinin gözəl
rəftarından və rəhbərliyindən məmnun qaldıqlarını ifadə etməklə Milli hökumətimizə təşəkkürlərini
bildirirlər.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192, 07.05.1946
Təqdim etdi:
Səməd Bayramzadə
Şərhlər bağlıdır.