Dünyada vəziyyət dəyişən kimi viruslar yada düşür. Bilmirik, əvvəldən əlacını bilirlər ya yox. Özü də
əsasən ikinci -üçüncü dərəcəli ölkələrdə ocaqları görünür, “məsləhət” olanda şahələnib ölkələri
ağuşuna alır. İkimininci illərdə koronanın sərhədlərini nə qədər qorusaq da, buna lazımınca nail ola
bilmədik.
İndi silahların daha çox işə düşdüyü dünyada koronadan söhbət getmir, amma kimsə istəyir ki,
yenisinə əl atsın. Adına Nipah deyirlər. Əvvəlki virusda olduğu kimi, meymunların adı çəkilmir. Bu dəfə
isə, Hindistanın Qərbi Benqal əyalətindən gəlmək istədiyi söylənilir. Karantin 110 nəfəri yaxalayıb.
Hələlik biz xəstəlik və onun fəsadları barədə geniş danışmaq istəmirik. Məlumat üçün bildirmək
istəyirik ki, Nipah virusunun da hazırda dərmanı yoxdur və xəstəliyin gedişi birbaşa immunitetdən
asılıdır: zəif müdafiə sistemi olanlarda sepsis, ağır pnevmoniya, menenjit və ölüm halları mümkündür.
Bunu Rusiya Elmlər Akademiyasının epidemioloqu, akademik Aleksandr Gintsburq bildirib.
Təhlükə Rusiya ilə Hindistan arasında aktiv hava əlaqəsi ilə bağlıdır — turistlər və işçi miqrantlar
virusun daxil olma ehtimalını artırır, hətta mövcud karantin tədbirləri tətbiq olunsa belə.
Məsələn, Tailand aeroportlarında artıq Hindistandan gələn sərnişinlər Nipah virusu səbəbindən
yoxlanılır — vəziyyət pandemiyanın başlanğıcını xatırladır. Belə turistlərə Health Beware Card
verilərək simptomlar və göstərişlər qeyd olunur — hərarət, öskürək, tənəffüs çətinliyi, qıcolmalar və
ya şüur itkisi müşahidə olunduqda dərhal həkimə müraciət etmələri tövsiyə edilir.
Mənbələrdən
Şərhlər bağlıdır.