KONQRESDƏ ERMƏNİLƏRİ DƏSTƏKLƏYƏN RƏŞİDƏ (VİDEO)

Rəşidə Tlaib əslən fələstinlidir, amma ABŞ Konqresində ermənilərin fəal müdafiəçisi kimi ad çıxarıb. Onu Senatda Türkiyəyə və Azərbaycana qarşı küfür dolu çıxışların müəllifi kimi tanıyırlar. 44 günlük Qarabağ müharibəsi zamanı da ermənilər üçün əlindən gələni əsirgəməyib.

Bu barədə politoloq Əli Hacızadənin sosial şəbəkə hesabında məlumat verilir.

“Tanış olaq, Fələstin əsilli amerikalı siyasətçi (demokratlar partiyası) Rashida Tlaib. Seçildiyi dairədə erməni seçicilər çox azdır, yəni erməni seçicilərin səslərindən asılı deyil, lakin Azərbaycana və Türkiyəyə qarşı bütün qətnamələrin tərəfdarı, qondarma “Erməni soyqırımı” məsələsinin və ABŞ–”Artsax” münasibətlərinin qurulması məsələsinin lobbiçilərindən biridir”.

Rəşidə Tlaib ABŞ-ın ermənilərin qondarma soyqırımlarını tanımasını da “haqqın” öz yerini tapması kimi dəyərləndirir.

Azerbaycan-ruznamesi.org

 

Şərhlər bağlıdır.