BABƏK XORRƏMDİNİ KİM VƏ HARADA ÖLDÜRÜB…

Hörmətli oxucu cavab verməyə tələsmə. Nə də fikrin klassik milli qəhrəmanımız Babək Xorramdinin, məşhur Bəzz qalasının, ərəb işğalçılarının yanına getməsin. Bu Babək müasirimiz idi, İranda məşhur rejissorlardan biri sayılırdı. Onu düşmənləri, rəqibləri deyil, ata-anası qətlə yetiriblər.

Bu müdhiş cinayət İran mediasının son günlər baş mövzularından birinə çevrilib. Cinayətinin amilləri hər kəsi təəccübləndirsə də rejissoru qəhrəmana çevirməyə əsaslar verməyib.

Oğullarını qətlə yetirdikləri üçün peşman olmadıqlarını deyən ana və ata polisə ifadə verərkən daha əvvəl kürəkənlərini və qızlarını da öldürdüklərini etiraf ediblər.

Rejissorun cəsədi Tehranda zibil qutusunda tapılıb. Cəsədin ona aid olduğu öyrənildikdən sonra ana və ata həbs edilib. Onlar cinayətlərini etiraf edərkən “Yenə olsa, yenə edərik” sözlərini söyləyiblər.

47 yaşlı Babək subay idi, evlənməkdən imtina edir və yüngül həyat tərzi sürürdü. Sosial şəbəkədə isə rejissorun aktiv istifadəçisi olduğu göstərilib. Onun Tehranda vaxtilə oxuduğu sənət məktəbindən olan dostlarını evinə qonaq çağırması valideynlərinin xoşuna gəlməyib.

Rejissorun atası Abdullah Xorramdin polisə ifadəsində digər iki övladını da yüngül həyat tərzi sürdükləri üçün öldürəcəyini bildirib.

Müxbir

Şərhlər bağlıdır.