KƏŞFİYYAT NAZİRLİYİNİN (ETTELAAT) CİNAYƏTLƏRİ:

AZƏRBAYCANDA GƏNCLƏRİN ÖLDÜRÜLMƏSİ

Tribunezamaneh.com saytı 21 may 2021-ci ildə “İran-e azadi” saytına istinadən Mehdi adlı müəllifin “Kəşfiyyat Nazirliyi tərəfindən Azərbaycanda gənclərin öldürülməsi” başlıqlı yazısını dərc edib.

Məqalə müəllifi “Quldurlar ilə mübarizə planının həyata keçirilməsi bəhanəsilə reallaşdırılan qətl və qarət” başlığı altında yazır ki, İran Kəşfiyyat Nazirliyinin (Ettelaat) Qərbi Azərbaycan Əyaləti üzrə Baş direktorunun 19 may 2021-ci il tarixindəki açıqlamasına görə, Velayat-e-Fəqih hökumətinin Kəşfiyyat Nazirliyi tərəfindən 2021-ci ilin mart ayının 21-dən bu günə (21 maya) kimi 4 nəfər öldürülmüş, 28 nəfər həbs edilmişdir.

Qərbi Azərbaycan Əyalətinin Kəşfiyyat İdarəsi tərəfindən öldürülən 4 nəfərdən 2-si Xoydan,  2-si isə Urmiya şəhərindəndir.

Ölkənin müxtəlif şəhərlərində gənclərə qarşı aparılan həbslər, alçaldıcı hərəkətlər, repressiyalar, işgəncə və təqiblər misilsiz həddə çatmışdır. Son illərdə isə bu sistemli bir proses halına gəlmiş və bunun üçün hökumət aparatında mərkəzlər yaradılmışdır [Müəllifin əsaslandığı mənbə: Məşhəd küçələrində gəncləri alçaltmaq; Dövlətin acizliyi və cəmiyyətin qəzəbi].

Daha sonra Mehdi adlı müəllif “Quldurlarla Mübarizə Düşərgəsinin yaradılması” başlığı altında qeyd edir ki, son günlərdə Tehranın “Xalq məhkəməsi və İnqilab komitəsi” tərəfindən hələ 2020-ci ilin noyabr ayında “Quldurlara qarşı mübarizə düşərgəsi”nin qurulduğu elan olunmuşdur.

Bu açıqlama qarşıdakı aylarda basqının miqyasının genişlənəcəyini güman etməyə əsas verir.

Ancaq, ayrıca olaraq, Azərbaycanda gənclərin öldürülməsindəki yeniliklər Kəşfiyyat Nazirliyinin oynadığı rolun nəticələri ilə bağlı olacaqdır.

Keçmişdə bu cür həbslər və repressiyalar, əlbəttə ki, İnqilab Keşikçilərinin himayəsi altında fəaliyyət göstərən hökumətin hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilirdi.

Bundan əvvəlki illərdə də Vilayəti Fəqih hökuməti zaman-zaman müxtəlif ünvanlar altında gəncləri tutmaq, alçaltmaq və repressiya etmək kimi hərəkətlər edirdi.

Bu hərəkətlər cəmiyyəti qorxutmaq, repressiya təsirini narazı insanların başının üzərində tutmaq üçün edilirdi.

Daha sonra yazı müəllifi “Hökumətin çirkli siyasəti” adlı şərhində göstərir ki, bəzi hallarda, bu insanlar içərisindən bəziləri dəhşətli təzyiqlər səbəbiylə hökumət ilə əməkdaşlıq edir və repressiv qüvvələr tərəfindən işə cəlb olunurlar.

Bu, İran mollalarının cəmiyyətdəki etirazlarla və gənclərlə mübarizə aparmaq üçün istifadə etdikləri məlum siyasətidir.

Bir nümunə: 2015-ci ildə Suriya xalqına qarşı müharibədə şəhid olan Yüksək İnqilab Keşikçiləri komandiri Hüseyin Hamedani Suriyada öldürülməmişdən öncə bildirmişdi ki, “2009-cu il etirazları zamanı 5000 nəfər toplantı iştirakçısı dövlətə qarşı pozuculuq etmə maddəsi ilə və quldur adı altında tutulmuş və nəzarət altına alınmışdır, sonra bu insanlardan batalyon təşkil edilərək xalq etirazlarını yatırmaq üçün onlardan istifadə olunmuşdur”.

Başqa bir nümunə Xameneinin Məşhəddəki nümayəndəsi Ələm əl-Hüdadan dinlənildi. O, 2020-ci ildə yoxsulluq üzündən pis işlərlə məşğul olan bir çox gəncin Bəsic tərəfindən işə götürüldüyünü və “iğtişaşların” qarşısını almaqda həmin şəxslərdən istifadə olunduğunu elan etmişdir [Müəllifin istifadə etdiyi mənbə: Ələm əl-Hüda; Quldurlar hökməti və azadlığın boğulması].

Ancaq Vilayəti Fəqih siyasətindən bezmiş üsyançı gənclər hökumətin tələblərinə müqavimət göstərdiklərindən, son iki ayda Azərbaycanda gənclərin etirazlarına onların öldürülməsinə gətirib çıxaran qurğuşun güllələrlə cavab verirlər [Müəllifin istifadə etdiyi mənbə:Quldurlar və obaşlar və ya qiyam edən gənclər?!].

2007-ci ildən öncə də “İctimai təhlükəsizlik layihəsi” adı altında daha böyük bir əməliyyat həyata keçirilərək çoxlu sayda gənc həbs olundu və onlara “Kəhrizək” İstintaq Təcridxanasında olmazın işgəncələr verildi.

S.Bayramzadə

Şərhlər bağlıdır.