İRANIN XARİCİ SİYASƏTİ VƏ AXUND AMİLİ

Abdulla Əmir Haşimi Cavanşir

11 abad 1400-cü il (2 noyabr 2021-ci il)

Əziz oxucular, siz diqqqətlə İran rejiminin Azərbaycan Respublikasının Ermənistanın işğalından azad etdiyi torpaqlarına necə qısqanc və düşməncəsinə yanaşmalarının şahidisiniz. Xüsusilə son aylarda baş verən olayları nəzərə alsaq, İran rejiminin qonşularına qarşı təcavüzkar, aqresiv siyasətinin daha artıq şahidi oluruq. Bildiyiniz kimi Azərbaycan Respublikası Qafan, Goran yolunu işğaldan azad edəndən sonra İran tırlarının Ermənistana və Xankəndinə qaçaq mal daşıdığını və Azərbaycan Respublikası bu işə son qoyulması barədə tədbirlərinin şahidi olduz. Baxmayaraq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları öncədən sakitcə və dostluqla, diplomatik yollarla qanunsuz işlərinin həll olunmasına, qarşısının alınmasına səy göstərirdi. Lakin İran rejiminin məsullarının həyasızcasına davranışları və açıqca Ermənistanın Azərbaycana qarşı təhrik etməkdən başqa öz silahlı qüvvələrini Araz sahilində yerləşdirməsi ilə tamam dostluq, qardaşlıq, qonşuluq münasibətlərini ayaq altına qoyduğunun şahidi olduq.

İran rejimi xarici işlər nazirliyi vasitəsilə Rusiyanı da Azərbaycana qarşı təhrik etmək səylərini açıq-aşkar müşahidə etdik. Elə həmin əsnada Ərdəbilin imam cüməsi Seyid Həsən Amili cümə namazlarının birində Azərbaycan Respublikasına meydan oxuyaraq, haray-həşir salmağa başladı və hədə-qorxu gələrək, şirin quyruğuyla oynamayın deyən Seyid Həsən öz həddini aşaraq daxili provakasiyon simasını aşıq-aşkar ortaya qoydu.

İran rejiminin məsulları bunlarla kifayətlənməyərək, bütün ölkədə nəşr olunan medialarda aşıq-aşkar iftira, yalan, söyüş və təhqiramiz sözləri Azərbaycan Respublikasına yazıb-yaymaqdan çəkinmədi. Elə bu zaman bütün haqq-ədalət tərəfdarları İran rejiminin yava danışan məsullarının qarşısında məntiqli, ədalətli beynəlxalq qanunlara, normalara uyğun, eyni zamanda cəsarətli, düşündürücü cavablar verməyə başladılar.

Öncə Güney Azərbaycanda yaşayan 40 milyon türkləri təmsil edən milli və siyasi fəal insanlar, küçə və bazarlarda məcazi dünyada, beynəlxalq mətbuatda İranın yürütdüyü qeyri məqbul, nahaq, təcavüzkar mövqeyini pisləməyə geniş, kütləvi formalarla cavablandırdılar. Digər tərəfdən Azərbaycan Respublikasının təmsilçiləri başda Ali Baş Komandan Cənab İlham Əliyev tutarlı faktlarla adı çəkilən cəfəngiyatı ifşa etdilər. Azərbaycan Respublikasının qanuni, hüququ ərazi bütövlüyü çərçivəsində istər Gorus, Qafan yolunun nəzarəti barədə, istərsə də hər hansı dövlətlə qarşılıqlı siyasi-iqtisadi münasibətlər qurmaqda və həmçinin İran İslam Respublikasının aqresiv və Ermənistanı 30 il dəstəkləyən təcavüzkar siyasətini pislədi, İran rejiminin boş-boğazlığının və hərbə-zorbasının kəskin surətdə qarşısını aldı. İran naçar qalaraq geri çəkilməyə məcbur oldu.

Amma biz bilirik ki, bu geri çəkilmə müvəqqətidir. Quldurluğu yenə üzə çıxacaq. Lakin bizim əsas sözümüz axund Seyid Həsən Amiliyədir. Axundların həqiqəti bilərək yalan və Azərbaycanın ünvanına iftiralar, hədə-qorxular gəlməsidir. Təxminən iki aya yaxındır ki, İran Azərbaycan münasibətləri gərginliyə tərəf yönəlmişdir. İran İslam Respublikasının xarici işlər naziri Abdullahiyan çıxışlarından birində demişdir ki, son günlərdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla münasibətlərin normallaşması danışılır. Ölkələr arası problemlər tədricən həll olmaqdadır. O deyib ki, İran qonşularla yaxşı münasibətlər qurmaq və davam etmək niyyətindədir.

Əziz oxucular, bildiyiniz kimi sentyabr ayında iki ölkə arasında münasibətlər Gorus-Qafan yolunun Azərbaycan tərəfindən nəzarətə alınmasından başlandı. İki iranlı Azərbaycana qanunsuz girişi üçün həbs olundu. Iran nömrəli maşınlar gömrük rüsumu ödəmək üçün cəlb olundu. Bu hadisədən sonra rejim Azərbaycan sərhədlərində hərbi manevrə və təbliğata başladı. Bundan əlavə İran rejimi İsrail dövlətinin Azərbaycanda bu ölkəyə qarşı bazalarının olduğunu iddia etdi. Azərbaycan Respublikasının tərəfindən bu iddialar tamamilə rədd edilərək, İrandan sübutlar tələb olundu. Lakin Abdullahiyanın son çıxışlarından görünür ki, İran bu kimi iddialarından geri çəkilməyə məcbur olur. İranın rəsmi və qeyri-rəsmi nümayəndələri və kütləvi informasiyaları Azərbaycan Respublikasına qarşı yersiz söz-söhbətlərə son qoymağa məcburdurlar. Amma çoxlarının fikrincə İran rəsmi siyasətini Azərbaycana qarşı dəyişməyəcək. Ona görə ki, İran regionda geopolitik dəyişikliklərlə razılaşmır və Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin azad olunmasını özünə sığışdırmır. İran Azərbaycana qarşı irəli sürdüyü ittihamlar əsasında oyunları davam etdirməyə qadir deyil və buna gücü də çatmır. Lakin başqa tərəfdən Azərbaycanın öz sərhədlərinə sahib çıxması İranı qıcıqlandırır, hətta onu özünün qırmızı xətti kimi tanıtdırmaq istəyir. Iran tərəfi açıq-aşkarca Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır və regionda 3+3 Azərbaycan-Türkiyə təkliflərini əməkdaşlıq üçün rədd etməklə, regionda açıq-aşkar gərginliyin artmasına tərəfdar olduğunu ortaya qoyur.

Həmin Zəngəzur dəhlizinin çəkilməsi 10 noyabr 3 tərəfli bəyannaməsində öz əksini tapmışdı. Dəhliz əsasında Mehri rayonun Azərbaycanın Naxçıvan hissəsinə dəmir və şose yolunu təmin edir və Naxçıvanı mühasirədən qurtarır, Ermənistana şərait yaradır ki, həmin yolla Türkiyə və Xəzər dənizinə çıxış əldə etsin. Türkiyə ilə  birbaşa kominukasiya yaradılmasına yardım edən sənəddə birbaşa Rusiya tərəfindən nəzərdə tutulmuşdur. Göründüyü kimi İranın arqumenti tamamilə əsassızdır. Amma bunlara baxmayaraq, İran bundan narahatdır. Ona görə ki, Azərbaycanın birbaşa Naxçıvana gəliş-gedişini təmin edir və Tehrandan asılılığı aradan qalxır.

Azərbaycan İsrail münasibətlərinə təbii ki, İran iddiaları əsassızdır. Heç bir sənəd ortaya qoyulmamışdır. Sadəcə Azərbaycanla İsrailin iqtisadi əlaqələri beynəlxalq normalar əsasında İrana dəxli olmayan bir işdir. Azərbaycan 44 günlük ikinci Qarabağ müharibəsində İranla 132 kilometrdən çox işğal olunmuş sərhədlərini azad etmiş nəzarəti öz ixtiyarına almışdır. Azərbaycanın daxili işidir ki, istədiyi ölkələrlə münasibətlərini qursun. Necə ki, İranın daxili işlərinə Azərbaycan dəxalət etmir, İranın da Azərbaycanın daxili işlərinə müdaxilə etmək hüququ yoxdur.

Azərbaycanın sərhəd zonalarında azərbaycanlılardan başqa heç bir məmləkətin hərbi strukturu kimsəyə qarşı mövcud deyil. Ölkə dəfələrlə bu məsələni dünyanın diqqətinə çatdırmışdır. Başqa bir məsələ ki, İranı narahat edir. Bu işğal dövründə Azərbaycanın həmin ərazilərdə İran tərəfindən qaçaq mal daşınmasının dayandırılmasıdır. Həmin ərazidə onlar qeyri-qanuni yollarla narkotik maddələrin, qaçaq malların, yanacaq və digər beynəlxalq qanunlara zidd olan işlərin görülməsi idi. Azərbaycan Respublikası tamamilə bu işlərə son qoydu. Bu da İranda fəsad və qaçaq mal işlərilə məşğul olan qüvvələri narahat edir. İranda sağlam qüvvələr Azərbaycanın həmin qanuni işlərinə sevinməlidirlər. Ona görə ki, İranda yaşayan  xalqlara xeyir və firavanlıq gətirəcək işlərdir.

30 il İran rejimi Güney azərbaycanlıları və digər İranda yaşayan xalqların istehsal etdiyi ərzaqları Ermənistana daşımış, oranı qaz, yanacaq, işıq, buğda,  meyvə-tərəvəzlə təmin etmişdir. Həmin məhsulları İran daxilində yoxsul camaat əldə edə bilmir və onların xaricə daşınması qiymətləri yüksəkdir. Qıtlığa yardım edir. Əhalinin gün-güzaranını çətinləşdirir.

İran rejimi öz əhalisinin qayğısına qalmaq əvəzinə ermənilərin nazını çəkir. Dediyimizə sübut Seyid Həsən Amilinin İran İslam Respublikasının prezidenti Rəisinin Ərdəbil səfərinə danışıqlarda açıq-aydın görmək olar. Seyid Həsən Amili Rəisiyə birbaşa deyir: cənab prezident siz Xəzər dənizin suyun İranın mərkəzi ostanlarına çəkib aparıbsız. Lakin biz Ərdəbil ostanında su qıtlığı ilə yaşayırıq. Nəmin şəhərində yaxın vaxtlarda içməyə su tapa bilməyəcəyik.

Digər problemlərimizdən biri də işıqsızlıqdır. Sizdən rica edirik ki, yeni texnoloji sitemlərindən, o cümldən günəş panelləri yel vasitəsilə elektrik istehsalı sistemlərinin quraşdırılmasını layihə kimi qəbul edib və sərmayə qoyasınız. Seyid Həsən Amili qazın problemlərinə də yüksək rəqəmləri sitat gətirməklə xüsusi qeyd etdi. Həmçinin Seyid Həsən Amili Ərdəbil ostanının bir çox problemlərini onunla ortaya qoyub.

Əziz oxucular, göründüyü kimi Güney Azərbaycanda yaşayan xalqımız və İranın digər yerlərində qeyri fars xalqların problemləri həddini aşıb-daşıb. Mərkəzi Hökumət bu problemlərin həllindən tamamilə aciz durumdadır. Lakin onların tələbatı qarşısında müxtəlif bəhanələr, o cümlədən Azərbaycan Respublikasının ünvavına böhtanlar yağdırmaqla camaatın gözünə kül üfürməyə çalışır. Ölkə böhranının həqiqi islahatlarla aradan qaldırmaq əvəzinə, daxili böhranları xaricə daşıyır. İslahata getməkdə iradəsi çatmayan Mərkəzi Hökumət böhranı ölkə xaricinə daşımaqda görür. Mərkəzi Hökumət düşmən obrazı yaratmaqla bir gülləylə iki dovşan vurmaq istəyir.

Şərhlər bağlıdır.