TİBB İŞÇİLƏRİNİN AKSİYASI

Yanvarın 31-də Azərbaycanın Güneyinin Zəncan şəhərində tibb işçiləri etiraz aksiyası keçirib.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, etirazçılar əmək haqlarının aşağı olmasından narazılıqlarını bildirib. Tibb işçiləri bundan öncədən yığılıb qalan əmək haqlarının ödənilmədiyini vurğulayıblar.

Zəncan Tibb Elmləri Universitetinin binası qarşısına toplaşan narazılar ali məktəbin rəhbərliyinin, səhiyyə sistemi məsullarının onların tələblərinə laqeyd yanaşdığını qeyd ediblər.

Tibb işçiləri əllərində “Zəncan Universiteti bizdən deyil” yazılmış plakat qaldırıb, universitetin tibb işçilıərinin acınacaqlı durumu ilə bağlı tədbir görmədiyini söyləyiblər.

Şərhlər bağlıdır.