MƏŞHƏDDƏ DAHA BİR ETNİK NÜMAYƏNDƏ EDAMA MƏRUZ QALDI
BƏLUC NƏCİBULLANIN AİLƏSİ BUNDAN XEYLİ GEC XƏBƏR TUTDU
İranda etnik millət olan bəluclara qarşı həyata keçirilən edamların vaxtı adətən yaxınlarına və ya ailə üzvlərinə çox gec xəbər verilir. Cəza həyata keçirilir, amma onlar hadisədən sonra xəbər tuturlar.
Fevralın 3-də Məşhəddəki Vəkilabad həbsxanasında bir məhbusun edamı belə icra olunub.
Bu məhbus Zahedanın Şirabad rayonundan olan Torxanın oğlu (Məhəmməd Rza – şəxsiyyət vəsiqəsi ilə) Nəcibullah Qargicdir. Qeyd edək ki, həbsxana rəhbərliyi Nəcibullanı ailəsinə xəbər vermədən edam edib və o, ailəsi ilə son görüşünə gedə bilməyib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.