İRANDA “ƏL YANDIRAN” DƏRMAN QİYMƏTLƏRİ

“Etimad” qəzeti İranda dərman qıtlığı və ya qiymətlərinin olduqca bahalı olması ilə bağlı “Nisyə dərmanlar ilə ağrılarını sakitləşdirən xəstələr” başlıqlı məqalə dərc edib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, yazıda bildirilir ki, İranda bir çox dərman vasitələri ümumiyyətlə tapılmır, yaxud elə bir qiymətə tapılır ki, xəstələrin həmin qiymətə dərman almağa maddi imkanı çatmır. Bu insanlar bəzən ya nisyə, bəzən isə xeyirxah insanların maddi dəstəyi ilə bu dərmanları ala bilirlər.

“Cam-e cəm” qəzeti də məsələ ilə bağlı hazırladığı hesabatında qeyd edib:

“Dərman bazarı nəzarətdən çıxıb. Bəzi sadə dərmanlar da artıq apteklərdə tapılmır. Yalnız “qara bazar”da hər bir dərmandan bir neçə qat baha əldə etmək mümkündür. Bu da hökumətin yanlış idarəçiliyindən xəbər verir. Bu idarəçilər məsələyə cavabdeh belə ola bilmirlər”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.