İRAN VƏ RƏŞT ŞƏHƏRLƏRİNDƏ DAHA 4  EDAM

İran və Rəşt şəhərlərində daha 4 edam hökmü icra olunub. Həmin şəxslər qətldə ittiham edilir.

Təbriz Turan TV-nin yaydığı xəbərə görə, məhkumlardan 3-ü, Hamid Mənuçehri, Məhəmməd Kərim Nejad və Sübhan Şohani yanvarın 20-si səhər saatlarında İlam şəhərinin həbsxanasında dara çəkilib.

Həmin gün eyni ittihamlarla daha bir məhkum, 55 yaşlı Əli Yəzdani Rəşt şəhərinin mərkəzi zindanında dar ağacından asılıb. Məhkəmə prosesi barədə heç bir məlumat yayılmayıb.

Məlumat üçün bildiriririk ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətdə həyata keçirdiyi edamlar üzrə dünyada 1-ci yeri tutur.

Azerbaycan-ruznmesi.org

Şərhlər bağlıdır.