ÖZBƏKISTANDA FARS DILI

İKILI STANDART

İranlı və tacik milliyyətçilər Özbəkistanda tacik dilinin ikinci dövlət dili olaraq tanınmasını tələb edirlər. Bunun Özbəkistanın xeyrinə olacağını deyirlər.

Gözəl fikirdir, dəstəkləyirəm, ancaq həmin milliyyətçilər İranda Azərbaycan türkcəsinin də ikinci dövlət dili olaraq tanınmasına necə baxırlar?

 Umid Niayesh

 

Tacikistanda da özbək dili dövlət dili olsun

Özbəkistanda tacik dilinin ikinci rəsmi dil olmasını tələb edirlərsə, onda Tacikistanda da özbək dili ikinci rəsmi dil olmalıdır. Çünki Tacikistanda 2 milyon özbək yaşayır. Ümumiyyətlə paniranistlər bu mövzuda heç bir tolerantlıq göstəmirlər, bizdən də heç nə tələb edə bilməzlər. İranda irani farslar türk dilinə yasaq qoyub, türk dilini aşağılayır, Əfqanıstanda irani puştunlar türk-özbək, türkmən, həzara, qızılbaşlara illərdir zülm edir və dillərini yasaqlayıb, Tacikistanda da həmçinin. Amma türk ölkələrində isə İran xalqları lap rahat yaşayır. Türkiyədə kürdcə televiziyalar, Azərbaycanda bölgələrdə talışca dərsləri keçirilir.

 Nurad Araz

Şərhlər bağlıdır.