AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN CLOUBHOUSEDƏ NÖVBƏTİ SEMİNARI

TƏDBİR 20 FEVRAL 2022-Cİ İLDƏ KEÇİRİLƏCƏK

Azərbaycan Demokrat Firqəsi bu il fevralın 20-də 3-cü konfransını keçirəcəkdir. Tədbir “Beynəlxalq ana dili günü və 75 il genosidə məruz qalmış türk dilimiz” adlanır. ADF rəhbərlərinin, üzvlərinin, fəallarının və tərəfdaşlarının iştirakı ilə baş tutacaq canlı seminarda mövzu ətrafında geniş müzakirə aparılacaqdır.

Əlbəttə, nəzərə alsaq ki, dünyada təhdidlərə, təhqirlərə və hüquqları aşağılanmalara məruz qalan dillər yer üzündə saysız-hesabsızdır, deməli məsələyə daha geniş aspektdən yanaşılması gözlənilir. Seminarda aşağıdakı suallara cavab alınacaqdır:

  1. Azərbycan dili İranın sayca daha çox insanın işlətdiyi doğma dil hesab olunduğu halda, nəyə görə bu dildə mədrəsəmiz yoxdur.
  2. Çıxış yolu haradadır və hansı mübarizə üsullarını tətbiq etməliyik?

Seminarda həmin sualların bir daha əyani cavabları veriləcəkdir. Clubhouse Təbriz vaxtı ilə saat 19:30-da, Bakı vaxtı ilə isə saat 20:00-da bütün dinləyiciliəri aktiv müzakirələrə dəvət edirik.

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.