İRAN İSLAM RESPUBLİKASININ DÜNƏNKİ XADİMLƏRİ NƏDƏN ONUN BUGÜNKÜ DÜŞMƏNLƏRİNƏ ÇEVRİLİRLƏR?

“Farsnews” saytının 05.02.1401/25.04.2022-ci il tarixli müvafiq yazısı əsasında Vidadi Mustafa tərədfindən xülasə edilmişdir. Mətndə kursiv ilə verilən sözlər və şərhlər ona aiddir.

 Faizə Hashiminin üzr istəməsi onun günahlarını azaldırmı?

Xülasə:

Rəhbərin “Qüds” sepahında keşmiş nümayəndəsi hüccətülislam  Əli Şirazi:     “Rəfsəncaninin qızının Peyğəmbəri (s) təhqir etdiyinə görə üstüörtülü üzr istəməsi onun günahını heç vaxt azaltmır”.

[İran İslam Respublikasının yaradıcılarından və yeni rejimin möhkəmləsində son dərəcə mühüm rol oynamış, İslam Respyblikasının birinci səkkiz ili parlamentin sədi, ikinci 8 ili prezidenti, sonra Məsləhət Şurasının əbədi sədri olmuş, lakin Rəhbər tərəfindən təzyiqlərə məruz qalan və  nüfuzdan salınan Haşımi Rəfsancaninin qızı,  atasının vaxtında parlamentin deputatı və  son  vaxtlar  “Zənan” (Qadınlar) jurnalının baş redaktoru  Faizə Rəfsəncaninin siyasi sistemə və onun dəyərlərinə münasibətinin 180 dərəcə dəyişməsi araşdırmaya layiq bir məsələdir. Hüccətülislam bu kəskin mövqe  dəyişikliyini ümumi şəkildə belə izah edir.]

Xarici kəşfiyyat qurumları onu ələ alıblar.

[Faizənin dilindən  onun özü haqqında fikirləri diqqətə təqdim edilir].

O deyir: “Mən təbiətcə kəskin  və idarəolunmazam. İnanıram ki, acı olsa  da, həqiqəti deməliyəm”.

[Faizə Rəfsancaninin bidətçi fikirləri belə xülasə edilir]:

  1. “Mən cənab Trampın seçilməsini istərdim. Çünki İrana təzyiq göstərir. Nəhayət, siyasi dəyişiklik baş verə bilər”.
  2. “Sepahın kazarmalara qayıtmasının yeganə yolu sanksiyalar siyahısında qalmasıdır. İslam İnqilab Keşikçiləri Korpusunun İran cəmiyyətindən əldə etdiyi şey mənfidir və dayandırılmalıdır”.
  3. “Həzrət Məhəmməd həzrət Xədicənin pulunu haram etmişdir”.
  4. “Əmir İntizamı [1979-cu ilin fevral mart aylarında İranda fəaliyyət göstərmiş müvəqqəti hökumət zamanı baş nazirin müavini və hökumət sözçüsü olmuş,  həmin hökumətin istefasından sonra həbs edilmiş və inqilabdan sonrakı 1979-1996-cı illərdə İranda ən uzun müddətə zindanda qalmış siyasi məhbus hesab olunub] məzlum və zülmə məruz qalmağın  simvolu kimi  görsək, onda İmam Hüseyni zülmə məruz qalmağın simvolu kontekstində heç cür təqdim edə bilmərik”.

Hüccətülislam Əli Şirazi: “Faizə sionistlərin, Pentaqonun və Ağ Ev rəhbərlərinin sözlərini deyir”.

“Niyə indi deyir?”

[Səbəblər aşağıdakı kimi xülasə edilir]:

  1. “Sepah İsrailn Ərbildə mərkəzini vurub”.
  2. “Fələstində inqiab genişlənir və İsraili qorxuya salıb”.
  3. “Qüds  günü astanasındayıq və bütün dünyada nümayişlər keçiriləcək”.

[Əmir İntizamın zülmə məruz qalmadığını, əksinə yeni rejimin düşməni olduğunu  göstərmək üçün deyir]:

“Əmir İntizam Xübrəqan Məclisinin (Ekspertlər Şurasının) buraxılmasına çalışırdı”.

İmam Xomeyni  1981-ci il iyunun 15-də belə demişdir: “Müvəqqəti hökumət dövründə hazırlanmış Ekspertlər/Xübrəqan  Məclisinin buraxılması planının Əmir İntizama bağlı olması və həmin məsələlərə əsaslandığı məlum oldu. Sonra cənablar yanımıza gəldilər; bütün bu cənablar, cənab Bazarqan və yoldaşları deyirlər, biz bu məclisi buraxmaq niyyətindəyik. Mən dedim, siz kimsiniz ki, bu işi görəsiniz ? Məclisin  buraxılması ilə bağlı hansı səlahiyyətinz var ? Qalxın və işinizə  gedin. Problemin güclü olduğunu görüb geri çəkildilər. Sizə demək istəyirəm ki, cənablar, oyaq və sayıq olun! Düşmənləriniz Tehranın və İranın  qapılarının arxasındadırlar. Bu ölkənin daxilində də İranın düşmənləri var.  Bir qrup düşmən deyillər; [bəziləri] bilmədən düşmənin işini görürlər”.

[Xamenei] 2017-cı ilin yanvarında demişdir: “Düşmən bu gün açıq-aydın ABŞ, İngiltərə, beynəlxalq hökmdarlar, sionistlər və onların ardıcıllarıdır, indi onların ardıcılları çox önəmli deyil, onların adını çəkməyə dəyməz”.

Pərdə arxasında əsas düşmən inqilabı, İran İslam Respublikasının dinini, dəyərlərini və sistemini hədəfə alıb. Bəziləri də aldanıb səhnədə düşmən meydanında oynayır, onun sözlərini təkrarlayırlar”.

Hüccətülislam Əli Şirazi: “Peyğəmbəri (s) təhqir etdiyinə görə üstüörtülü üzr istəməsi onun günahını heç vaxt azaltmır. Faizə heç vaxt İmam Hüseyni (ə) təhqir etdiyinə görə üzr istəməyib. O, Sepahı təhqir etdiyinə görə üzr istəməyib. O, İran xalqına və Sərdar Süleymaniyə etdiyi təhqirlərə görə üzr istəməyib. Faizə Hashıminin üzrü o vaxt qəbul olunacaq ki, Məsud Behnud [inqilabdan sonra mətbuat, Radio və TV-də çalışmış yazıçı, 2000-ci ildə islahatçı mətbuat geniş şəkidə bağlandığı vaxt qısa müddət həbsdə olmuş, 2003-də İngiltərəyə gedib BBC-də işləməyə başlamışdır], Məsih Əlinejad [əslində Məsumə Əlinejad Qumi – 1976-da Qumda anadan olub, Oksfordda təhsil alıb, yazıçı, jurnalist, teleaparıcı, qadın hüquqları müdafiəçisi] və Bəhai icması ilə əlaqələri kəssin və əyri  ritorikalarını təkrarlamaqdan əl çəksin.  Müqəddəsləri təhqir etmək asan iş deyil ki, “bir səhvdir, etmişəm”, deməklə başa çatsın. Əgər üzrxahlıqdan söhbət gedirsə, Haşimi Rəfsəncaniyə dediyi yalanlara görə də üzr istəməlidir”.

Şərhlər bağlıdır.