Türkiyənin terror təşkilatlarına qarşı “Pençe-Kilid” əməliyyatı davam edərkən, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) diqqətçəkən hesabat ortaya çıxıb.
ABŞ hərbi kəşfiyyat bölmələrinin hazırladığı hesabatda Türkiyənin hərbi əməliyyatı ilə paralel PKK-nın İranın dəstəklədiyi silahlılarla əməkdaşlığa başladığı bildirilib.
ABŞ hərbi kəşfiyyatı İranın dəstəklədiyi silahlıların terror təşkilatı PKK ilə Türkiyəyə qarşı koordinasiyalı hücumlar həyata keçirməsi ilə bağlı fikirlərini bölüşüb. ABŞ Müdafiə Kəşfiyyat Təşkilatının (DİA) hazırladığı hesabatda son aylarda İranın dəstəklədiyi silahlıların İraq və Suriyada türk qüvvələrinə qarşı hücumlar təşkil etdiyi ifadə edilərək, İraqda bu hücumların bəzilərinin PKK ilə əməkdaşlıq içində baş verdiyini bildirib.
“Türkiyənin fevral ayında İraqın şimalında PKK-nı hədəf alan hücumlarından sonra İranın dəstəklədiyi silahlı qrup Türkiyənin Mosulun şimalındakı hərbi bazasına raket hücumu həyata keçirib”, – kəşfiyyat hesabatda deyilir.
“DİA bu silahlı qruplaşmanın Türkiyənin hava və pilotsuz uçan aparatlarının zərbələrinə cavab olaraq PKK ilə koordinasiyalı fəaliyyətini davam etdirəcəyini proqnozlaşdırır”, – deyə məlumatda bildirilir.
DİA-nın hazırladığı hesabatda yaraqlıların terror təşkilatı PKK ilə əməkdaşlıq etməsinin məqsədi ilə bağlı şərhlər də yer alıb.
“Ehtimal ki, Türkiyənin əməliyyatından sonra onların qüvvələrinə hücum edərək özlərini İraqın müstəqilliyinin keşikçiləri kimi göstərməyə çalışıblar”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, türk ordusu Metina, Zap və Avaşin-Basyan bölgələrinə istiqamətlənmiş əməliyyatı həm qurudan, həm də havadan həyata keçirilib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.