BİR XORDAD QİYAMI, BÜ GÜNKİ ETİRAZLAR ADLI KONFRANS KEÇİRİLDİ

1 XORDAD 1401(22 MAY 2022-Cİ İL)

21 may şənbə günü Təbriz vaxtı saat 19-30-da, Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə “Bir xordad qiyamı bü günki etirazlar” adlı Clubhouse da konfrans keçirildi. Tədbir Azərbaycan Milli Hökumətin himni ilə başlayaraq, bir xordad qiyamının şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla, ehtiramla yad etdi. Otağın əsl çıxışçısı doktor Məhəmməd Rəhmanifər, adminləri Rəhim bəy Şahbazi və Səriyyə xanım Ərdəbili, Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq əlaqələr məsulu Abdulla Əmir Haşımi Cavanşir iştirakçıları salamladılar. Onlar konfransın gündəliyin iştirakçıların nəzərinə çatdırdılar.

Öncə Səriyyə xanım Ərdəbilli bir xordad qiyamı barədə qısa məlumat verdi. O, həmin gün Güney Azərbaycan şəhərlərində İran İslam Respublikasının vasitəsilə şəhid olan yoldaşlarımızın adlarını otaq iştirakçılarının nəzərinə çatdırdı. Səriyyə xanım konfransın çıxışçısı, doktor Rəhmanifərin qısa bioqrafiyasını oxudu. Onun Xoy şəhərində doğulduğunu, Təbriz Universitetində uğurla təhsil aldığını və bir neçə yazdığı əsərlərin adların çəkdi. Doktor Rəhmanifərin mübarizə həyatından qısaca söhbət açdı.

Tədbirin gedişatında doktor Rəhmanifər, çoxsaylı otaq iştirakçılarının maraqla dinlədikləri məruzə etdi, sorğu-sulallara cavab verdi. Bildiririk ki, Doktor Rəhmanifər Təbrizdə 1385-ci ilin xordad ayının 1-də (22 may 2006-cı iuldə) baş verən qiyamın və həmin qiyamın sürətlə Ərdəbildə, Urmuda, Zəncanda, Sulduzda, Xoyda, Sarabda yüzminlərlə Azərbaycan türklərinin üsyanına səbəb olduğundan, danılmaz faktlarla danışdı. O, qiyamın səbəbindən, İran İslam Respublikasının dövlət qəzetlərindən olan “İran” qəzetinin Azərbaycan türklərini təhqir edərək, onları tarakana bənzətməsindən, bütün azərbaycanlıların son yüz ildə təhqirə məruz qaldıqlarından geniş söhbət açdı. Çıxışının davamında, qiyamda verilən şüarlardan, o cümlədən “haray haray mən türkəm”, “ana dilində mədrəsə, olmalıdı hər kəsə”, “rədd olsun irqiçi və şovinist fars rejimi” şüarlarından danışaraq, təhlillər apardı.

O qeyd etdi ki, nəticə etibarılə yüz ildən artıq Azərbaycan türklərinin asimmililasiya siyasəti və projesi iflasa uğradı.

Konfransın gedişatında otaq iştirakçılarının fəallığını təmin etmək üçün dialoqdan istifadə olundu, bir çox suallara cavab verildi. Güney Azərbaycanın düşdüyü bu günki durumunun həlli yolları barədə, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü Abdulla Əmir Haşımi Cavanşir son 76 ildə, “21 Azər” hərəkatı təcrübələrindən danışdı. Bir xordad qiyamı və cari məsələlərə aid firqənin mövqeyini açıqladı. O, Azərbaycan Demokrat Firqəsinin əsas şüarı olan “Azadlıq, Ədalət, Milli Hökumət”, barədə danışarkən, bü günki qurtuluş yolunda ən yol göstərici şüar kimi bunu qiymətləndirdi. Həmçinin bu şüar ətrafında xalqımızın birləşməsinin zəruriliyini qeyd etdi. Eyni zamanda o, xatırlatdı ki, hər bir məişəti məsələləri: işsizlik, evsizlik, bahalıq, korrupsiyaya mübarizə uğrunda azərbaycanlıların dirənişi, azərbaycan türkcəsində olmalıdı.

Həmçinin plakatlar, şüarlar, təşkilatların adları, Azərbaycan türkcəsində yazılmalıdır. Məsələn: Azərbaycan yazıçıları, Azərbaycan işçıləri, Azərbaycan bekarları, Azərbaycan evsizləri, Azərbaycan qadınları, Azərbaycan cavanları, Azərbaycan tələbələri, Azərbaycan kəndliləri, Azərbaycan fəhlələri kimi yazılmalıdır.

Xatırlandı ki, azərbaycanlıların milli azadlıq yolunda mübarizədə, öz adımız və möhrlərimiz ilə, sahədə və masada olmalıyıq. Beş saat yarım gedən konfrans çox önəmli məsələlərin, taktiki və praktiki yollarına işıq saldı. Tədbir Azərbaycanın dövlət himni ilə başa çatdı.

Raportu hazırlayan: Beyrək

Şərhlər bağlıdır.