TEHRANDA BİR SIRA QURUMLAR FƏALİYYƏT GÖSTƏRMƏYƏCƏK

Mayın 25-dən Tehran vilayətində hava çirkliliyi səbəbindən idarələr, məktəblər və universitetlərin fəaliyyəti dayandırılıb. Bunu Tehran valisi Möhsün Mənsuri deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Tehran Hava Çirkliliyi ilə əlaqədar Fövqəladə Komitənin iclasında qərar verilib.

Mənsuri əlavə edib ki, açıq məkanlarda idman tədbirləri də qadağan edilib.

Tehran valisi sadəcə bankların fəaliyyət göstərməsinə icazənin verildiyini bildirib.

Qeyd edək ki, hazırda Tehranda havanın çirklilik indeksi 500-dən çoxdur. Havanın çirklilik indeksi 50-dən aşağı olarsa, təmiz hava hesab edilir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.