VİDADİ MUSTAFAYEV YAZIR:

İRTİCA ANLAYIŞININ YENİ TƏRİFİ

İranda 1962- ci ildə başlanan və Şah tərəfindən rəhbərlik edilən İNQİLAB 1978-79-cu illərdə yeni mərhələyə qədəm qoydu və inqilaba rəhbərlik estafeti RUHANİnin əlinə keçdi. Hələ ki, davam edən inqilaba 1989-cu ildən yeni Rəhbər başçılıq edir. İnqilab davam etdiyindən ölkə başçısı sadəcə olaraq Rəhbər deyil, İnqilab Rəhbəri adlanır. İnqilab Rəhbəri 14 xordad (4 iyun) Xomeyninin-inqilabın yeni mərhələsinin birinci rəhbərinin, vəfatının ildönümü günü ənənəvi çıxışı zamanı buyurmuşdur: “İRTİCA QƏRB HƏYAT TƏRZİNƏ QAYIDIŞ DEMƏKDİR “.

Şərhlər bağlıdır.