Təbriz molları biri Qərbi Azərbaycandan, biri Zəncandan, həmçinin adları guya qeyd edilməyən daha neçə mollanı yanlarına alaraq, cəmi 36 nəfər, bütün İran mollaları adından bəyanat yaymışlar və həmin bəyanatda Azərbaycanda İran agentləri olan radikal islamçıları müdafiəyə qalxaraq, Azərbaycan Respublikasının daxili işlərinə qarışmağa cürət ediblər.
Bu mollalar mənsub olduqları 30 milyonluq Cənubi Azərbaycan xalqının bütün etnik-mədəni hüquqlarını farsların miillətçi mollalarının maraqlarına qurban verməkdən çəkinməyərək müstəqil bir dövlətdə 2-3 radikal islamçının hüquqlarını müdafiə etməyə qalxıblar.
Cənubi azərbaycanlılar ona görə bütün etnik-mədəni hüquqlardan məhrumdurlar ki, onların mollaları öz xalqını unudaraq mədəni dünyada terrorist kimi tanınan radikal islamçıları müdafiə edirlər.
Əgər bunlar guya haqq -ədalət tərəfdarıdırlarsa, öncə mənsub olduqları Cənubi azərbaycanlıları bir xalq kimi tanımalı və öz xalqını mədəni-mənəvi köləlikdən xilas etmək üçün kiçik bir addım atmalıdırlar.
Təəssüflər olsun ki, onlar başqa şeylərin hayındadırlar…
Şərhlər bağlıdır.