İRANDA ZAVODDA PARTLAYIŞ BAŞ VERİB

ONLARLA İNSAN YARALANIB

İranın cənub-şərqində yerləşən Fars əyalətində natrium bikarbonat fabrikində baş vermiş güclü partlayış nəticəsində onlarla insan yaralanıb.

Bu barədə səhiyyə rəsmiləri bildiriblər.

Qeyd edilir ki, hadisə Firuzabad şəhərində qeydə alınıb.

Fars vilayətinin Qırmızı Aypara Cəmiyyətinin icraçı direktoru Hüseyn Dərvişi bildirib ki, partlayış nəticəsində 72 nəfər xəsarət alıb. Hadisə nəticəsində zəhərli qazın yayılması səbəbindən yaxınlıqdakı yollar bağlanıb.

Fars əyalətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru bildirib ki, partlayış zavodun ammonyak çənlərindən birinin sızması nəticəsində baş verib.

Daha bir partlayış İranın paytaxtı Tehranda kafedə təşkil edilən ad günü şənliyi zamanı baş verən partlayış zamanı 4-ü uşaq, 3-ü qadın olmaqla ümumilikdə 8 nəfər ölüb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.