İsfahanın “Nəqş-i Cahan” kompleksinin tikilişində nümunə götürülən Təbrizin hökumət meydanının acınacaqlı durumu.
Eyni halda hökumətin və əlaqədar qurumların laqeydliyi, bir sıra qurumların isə bilərəkdən atdıqları addımlar nucbatından bu nadir tarixi abidələrin qalıqları üzərində və ətrafında ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərinin tikilməsi durumu dahada acınacaqlı edib.
Çoxsaylı etirazlar və müraciətlərdən sonra Şərqi azərbaycan əyalətinin Mədəni İrs, Turizm və İncəsənət İdarəsi məsələyə qarışmağa məcbur olub.
Şərqi Azərbaycanın Mədəni İsr, Turizm və İncəsənət İdarəsinin sədr müavini Əlirza Qoçi bildirib ki, “Həsən Şah” Məscidi, Meydanı və tarixi Kompleksinin qurtarılması və bərpası əyalətin Mədəni İrs idarəsinin son iki ildə davamlı həyata keçirdiyi layihələrdən biridir. O, artırıb ki, İsfahanın ”Nəqşi-Cahan” meydanı, “Sahib Abad” Meydanından sonra inşa edilmiş və onun kopiyalanmış nümunəsidir.
Tarixi kompleksin yerləşdiyi Təbrizin 10-cu bölgəsinin bələdiyyə başçısı, “İSNA” xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, “Həsən Şah” kompleksini və “Sahibül-Əmr” meydanını xırda alverçılərin “işğalından” azad etmək üçün Təbriz Bələdiyyəsi tərəfindən həyata keçirilən tədbirlər planı hazırlanıb.
Qeyd edək ki, “Sahib-ul-Əmr” vəya Təbrizin Hökümət Meydanı Elxanlı zamanında “Sahib Abad Meydanı”, Ağ Qoyunlu zamanında “Həsən Padşah Meydanı”, Səfəvi və Qacar zamanlarında “Sahib-ul-əmr Meydanı” adı verilib və hökümət və əsgəri məqsədlərlə istifadə olub. Zamanında dünyanın ən böyük meydanı olub və böyüklüyü Avrupalı səyyahları heyrətə salıb. Ağ Qoyunlu Uzun Həsən burada otuz min qoşunundan san görürmüş.
Təqribən 200 il öncə böyük bir zəlzələdə xeyli ziyan görsə də Qacarın sonuna qədər var imiş. Pəhləvi dönənimdən sonra mərhələ-mərhələ tamamı ilə məhv edildi. İndi sadəcə Sahib-ul-əmr məscidi və bəzi kiçik binalar qalır.
Şərhlər bağlıdır.