Təbriz Universitetinin 19 professoru dünyanın ən yaxşı alimləri arasında

Scopus” İnstitutu tərəfindən dünyanın 160 min ən yaxşı elm adamının adı dərc edilib. Təbriz Universitetinin 19 müəlliminin adı d bu siyahıda var.

Gunaz.tv

“İSNA” xəbər agentliyinin verdiyi məlumata görə, Təbriz Universitetinin Tədqiqat və Texnologiya üzrə vitse-prezidenti bu xəbəri açıqlayaraq bildirib ki, “yayımlanan siyahıda, İrandan təxminən 433 elm adamının adı var. Bunlardan 19 nəfəri Təbriz Universitetinin müəllim və tədqiqatçılarıdır .»Əsgər Əsgəri əlavə edib ki, “bu siyahıda sırasıyla Dr. Əlirza Xətai, Dr. İbrahim Babai, Dr. Murtəza Yari, Dr. Səidd Zeinali, Dr. Behnam Məhəmmədi İvatlı, Dr. Mehrdad Tərəfdar Həq, Dr. Vahid Nurani, mərhum Dr. Nizaməddin Danishvər, Dr. Siamək Tələt Əhəri Dr.Cəlal Şiri, Dr.Cəmşid Mənzuri Ləşkər, Dr.Həsən Namazi, Dr.Məhəmməd Tağı Zəfərani Müəttər, Dr.Ruqəyyə Hacı Bolənd, Dr.Məhəmməd Hüsyin Purnəği Azər, Dr.Həbib Əş’əsi Sırxabi, Dr. Əli Rüstəmi, Dr. Seyid Hüseyin Hüseyni və Dr.Mehran Səbahi cənablarından ibarətdirlər.

“Alimlər 2019-cu ildə “Scopus”un apardıqığı araşdırma və dəyərləndirmələrində müəyyən edilib.

Onun sözlərinə görə, alimlərin ən yaxşı 2% -nin siyahısı, “Stanford Universiteti” tədqiqatçıları tərəfindən Scopus verilən məlumatlara istinadən nəzərdən keçirilərək təqdim edilib. 22 mövzu və 176 ixtisas üzrə 160.000 tədqiqatçı nəzərdə tutulmuş standart meyarlarına əsasən təsnifləndirilərək seçilib.

Qeyd edək ki, bütün məhrumiyyətlərə baxmayaraq 800-ə yaxın müəllim heyəti, 20.000-dən çox tələbə, bir neçə elmi-tədqiqat mərkəzi ilə Təbriz Universiteti bölgə və dünya səviyyəsində ən yaxşı Universitetlərdən biri sayılır.

Şərhlər bağlıdır.