İstefa verən İran səhiyyə nazirinin müavini Xaməneyiyə qarşı çıxmaqda və İsrail agenti olmaqda günahlandırıldı

İran səhiyyə nazirinin istefasınıİnqilab Keşikçilərinə bağlı “Fars” xəbər agentliyi və “ETTELAAT” nazirliyinə yaxınlığı ilə tanınan “Məşriq” vebsaytında yayınlanan yazıda doktor “Rza Məlikzadə”, klinik sınaqlar zamanı, iranlıların məlumatını xaricilərə verməkdə günahlandırılır.Bu yazıda doktor Məlikzadənin 3 mindən çox koronavirus xəstəsi barədə xarici ölkələrə bilgi verdiyini, o ölkələrin isə təcrübəyə əsasən koronovirusa qarşı dərman tapsalarda İrana verməyəcəkləri bildirilir.Adı çəkilən mediya qurumları doktor Məlikzadəni Xaməneyinin “islam tibbi”ni təbliq etmək göstərişinə qarşı çıxmaqda suçlayaraq, Məlikzadəni Xaməneyinin ümumi sağlamlıq bildirişinin 12 və 13-cü maddələrinə qarşı qəti müxalif mövqe tutduğunu vurğulayırlar.

Doktor Məlikzadə cümə günü, 20 noyabr 2020-ci ildə, bir bildiriş yayınlayaraq İran Səhiyyə Nazirliyinin müavinliyi vəzifəsindən istefa verdiyini açıqladı.

Məlikzadə istefasını səhiyyə naziri “Səid Nəməki”nin korona epidemiyasını düzgün idarə edə bilməməsi, səhiyyə nazirinin İranda korona ortamına dayir elmi olmayan və tələsik çıxışları, qida və dərman təşkilatı tərəfindən bitgi mənşəli dərmanların təsirlərinə dayir əsassız iddiaları ilə əlaqələndirdi. O nazirin araşdırma anlayışının olmadığınıda istefa məktubunda qeyd edib.

Rza Mələkzadənin istefası ölkədə xarici qüvvələrin xeyrinə fraksiyaların çəkişməsidir.

“Cavan” qəzetinin redaktoru Abdullah Gənci

Rza Məlikzadənin istefası səhiyyə naziri Səid Nəməkinin kəskin təpgisi ilə qarşılanıb.

“İnqilab Keşikçiləri Korpusu”na bağlı başqa bir telegram kanalı da Rza Mələkzadəni “Sionist təşkilat WHO” agenti adlandıraraq, onu İran vətəndaşlarını “sionist” təşkilatın dərmanlarının sınaqdan keçirilməsi üçün “laboratoriya siçovullarına” çevirdiyini iddia edib.

İnqilab Keşikçilərinə yaxın “Cavan” qəzetinin redaktoru “Abdullah Gənci”, Rza Mələkzadənin istefasını ölkədə xarici qüvvələrin xeyrinə fraksiyaların çəkişməsi adlandırıb.

Şərhlər bağlıdır.