“Erməni tankları Bakıya gəldi, amma qənimət kimi”
Prezident İlham Əliyev
“Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın münaqişənin həll üzrə mövqeyindən çəkilmədiyi təqdirdə bizi erməni tanklarının yaxın zamanlarda Bakının küçələrində olacağı ilə qorxutmağa çalışırdılar”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.
“Nəticədə belə də oldu. Sadəcə erməni tankları bizim küçələrdə Azərbaycanın müharibədəki qələbəsinə həsr olunan və dekabrın 10-da keçirilən Zəfər Paradında qənimət kimi nümayiş etdirildilər”, – Prezident vurğulayıb.
Şərhlər bağlıdır.