ƏRDƏBİLİN SU ŞİRKƏTİNİN ƏMƏKDAŞLARI 8 AYDIR MAAŞ ALMIR

ƏRDƏBİLİN SU ŞİRKƏTİNİN ƏMƏKDAŞLARI 8 AYDIR MAAŞ ALMIR

Ərdəbil vilayətinin Xalxal şəhərində Su və Kanalizasiya Şirkətində 62 işçiyə 8 aydır əmək haqqı verilmir. Onlar Ərdəbil vilayəti Su və Kanalizasiya Şirkətinin su təchizatı sistemlərinin təmir və xidmət işləri ilə məşğul olan “Abdar Xalxal” şirkətində çalışırlar.

Bu barədə məlumat yayımlayan İLNA xəbər agentliyi (Iranian Labour News Agency) bildirir ki, işçilər ötən aylarda dəfələrlə aksiya keçiriblər. Onlar müvafiq dairələrdən gecikmiş maaş və digər hüquqlarını tələb ediblər. İLNA-ya danışan bir işçinin dediklərinə görə, nə podratçı şirkətdən bir cavab ala biliblər, nə də şəhər məsulları məsələyə diqqət yetirib.

Mövcud vəziyyət barədə agentliyə şikayətlənən şirkət əməkdaşı hər şeyin bahalaşdığı şəraitdə problemin həlli üçün konkret addımların atılmadığını, şirkət tərəfindən müvafiq dairələrə təpki olmadığını bildirib.

 

Şərhlər bağlıdır.