İranın “Miniatür” rəssamlıq sənəti dünyada qeydiyyata alınıb

İranın “Miniatür” rəssamlıq sənəti dünyada qeydiyyata alınıb

İranın 15-ci qeyri-maddi mədəni irsi olaraq, Miniatür sənəti Türkiyə, Azərbaycan Respublikası və Özbəkiatanla birgə hazırlanan nominasiya sənədi üzrə YUNESKO-nun dünya irsi siyahısına daxil edilib. Bu barədə “Sahar Azeri” agentliyi İRNA-ya istinadən xəbər verib. BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatı YUNESKO-nun 15-ci Dünyanın Qeyri-Maddi İrs Komitəsi koronavirus səbəbindən onlayn formatda formatda dekabrin 14-dən öz işinə başlayıb. Yamaykanın ev sahibliyi etdiyi tədbir 6 gün ərzində saat 16-dan 19-dək davam etdirəcək.

Bu sənət ənənəvi cəmiyyətlərdə mədəni, ədəbi xüsusiyyətlərə və qızıl, gümüş, kinovar və lacivərd kimi xammallara əsaslanan tələblərə, eləcə də dünyaya, təbiətə və onun təfsirinə baxış tərzinə istinadən inkişaf etmiş xüsusi bir rəsm növüdür.

İranın mədəni irs nazirinin müavini Məhəmməd Həsən Talebiyan bu iclasın kənarında deyib: “İran Miniatür rəssamlıq sənətinin Türkiyə, Azərbaycan Respublikası və Özbəkistan ilə birgə hazırlanan nominasiya sənədi nəzərdən keçirildikdən sonra səs çoxluğu ilə edildi və İranın 15-ci qeyri-maddi mədəni irsi olaraq, YUNESKO-nun Dünya İrsi Siyahısında qeydə alındı”.

İclasın ikinci günündə axşam çagı, təhlükə altında olan və dərhal qorunmağa ehtiyac duyulduğu qeyd edilən İranın “Nəqqalıq” sənəti və ənənəvi bacarıq olan “Lencqayırma (bir növ gəmi)” və Fars körfəzində onunla dənizçilik etməklə bağlı İran İslam Respublikasının qoruma tədbirləri barədə dövri hesabat araşdırılıb, təsdiq edilib.

Şərhlər bağlıdır.