SOSİAL MEDİA FƏALI FƏRİD MƏHƏMMƏDNEJAD HƏBS OLUNUB

Maku şəhərində (Qərbi Azərbaycan vilayəti) sosial media fəalı Fərid Məhəmmədnejad maraqlı vəziyyətlə üzləşib. Yerli hakimiyyət orqanlarının yadına düşüb ki, əvvəllər 4 aylığa həbs cəzasına məhkum olunmuş F.Məmmədnejadı həbsxanaya göndərmək lazımdır.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin bildirdiyinə görə, azərbaycanlı fəal dekabrın 14-də nəzarət altına alınaraq Makı həbsxanasına aparılıb.

Beləliklə Fərid Məhəmmədnejad hazırda Maku həbsxanasında həbs müddətini keçirən jurnalist Yavər Sultaniyə qoşulub. Onlar Maku Cəza Məhkəməsi tərəfindən 4 ay qəti, habelə əlavə olaraq 2 il sınaq müddəti olmaqla 8 ay şərti həbsə məhkum ediliblər.

Şərhlər bağlıdır.