Təbrizdə Ekoloji Təhlükə

Təbrizdə üç gündür ekoloji təhlükə yüksək həddə çatıb. Hava çirkliliyi artıq “həssas insanlar üçün təhlükə” səviyyəsini aşaraq əhali üçün qorxulu həddə çatıb.

Tasnim xəbər agentliyinə istinadən ətraf mühit idarəsi burada hava çirkliliyi ilə əlaqədar ictimai xəbərdarlığını edib.

Agentlik bu günlərdə Urmiyədə də havanın çirklənməsinin yüksək səviyyədə olduğuna dair məlumat yayıb. Qeyd edək ki, Urmiyə Şərqi Azərbaycan vilayətində  Təbrizdən sonra ikinci böyük şəhərdir.

Urmiyə Vilayətin yerli mətbuat vasitələri həyacan təbili çalırlar belə ki, mövcud durumda çirkli hava pandemiya ilə bağlı vəziyyəti daha da çətinləşdirməkdədir.

“Nasr News” internet portalı Təbrizin illərdir çözülməyən çirkli hava problemi haqda ətraflı bir reportaj yayımlayıb.

 

Şərhlər bağlıdır.