Paşinyanın tələsmə sirri açılıb
Torpaqların qaytarılma qrafiki, yoxsa vaxt qazanma?!
Ermənistanın baş naziri Paşinyanın Sünikdən (Zəngəzur) sonra Qubadlı-Zəngilan istiqamətində dövlət sərhəddinin tamamlanması, Tavuşa keçərək Qazaxın işgal altında olan 7, nəhayət Tiqraneşenə (Naxçıvanın Kərki kəndi) kəndlərinə çəxarmaq üçün yanvarın 21-nə qədər vaxta ehtiyacı var. Buna onun özü ciddi ehtiyac duyur. “Dejavi” teleqraf agentliyi məsələyə bir neçə aspektdən yanaşır. Əvvəla, proses uğurla başa çatandan sonra plana uyğun olaraq, Türkiyə ilə münasibətlər normallaşdırılacaq, Rusiyanın 102-ci hərbi bazasından imtina ediləcək, NATO-nun qapıları açılacaq: “Bu proqram 2021-ci ilin 20 yanvar tarixindən gec olmayaraq reallaşdırılmalıdır. Nikolun planı 20 yanvar 2021-ci il tarixinə qədər hakimiyyətdə qala bilməkdir, ondan sonra türk-amerika güclərinin müdafiəsi altında olacaq”.
İddianın tərəfləri:
- Ermənistanda hakimiyyətə qarşı siyasi mübarizədən qaynaqlanır. Bu baxımdan Rusiya bazasının çıxarılması ehtimalı kiçikdir. Əksinə, bölgədə Bakının təklif etdiyi altılıq (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan İran və Ermənistan) platforması daha inandırıcıdır. Bunun üçün ilk növbədə Ermənistan işğalında qalan ərazilər qaytarılmalı, Azərbaycan və Ermənistan arasında beynəlxalq səviyyədə tanınmış dövlət sərhədi bərpa olunmalıdır. Rusiya bazasının çıxarılması iddiası daha çox Paşinyan hakimiyyətini devirmək üçün Moskvadan dəstək almağa hesablanıb.
2. Yanvarın 21-nə qədər bu ərazilərin – Qubadlı-Zəngilan istiqamətində pozulmuş dövlət sərhədinin bərpası, Qazaxın işğalda qalan 7 (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) və Naxçıvanın Kərki kəndlərinin qaytarılması inandırıcıdır. Hazırda bu istiqamətdə iş gedir.
Şərhlər bağlıdır.