Şəhidlərimizi taniyaq

Bu günlərdə Cənab Prezident İlham Əliyevin sərancamları ilə tanış olarkən çox hörmət etdiyimiz firqə üzvü Valeh Mikayılovun oğlu Cəbrayılın da adına rast gəldik. Valehi bütün məsləkdaşları peşəkar fotoqraf, ata-baba yolunun layiqli davamçısı, səmimi insan kimi tanıyır və xətrini istəyirlər.
Əlbəttə, biz heç kəsə övlad dağı arzulamazdıq. O cümlədən Valeh kişiyə və Vəfa xanıma da. Amma nə edəsən ki, torpaqları 30 ilə yaxın düşmən tapdağı altında olan bir xalq şəhid vermədən azadlıq missiyasını yerinə yetirə bilməzdi. İnqilabçılar nəslinə məxsus Cəbrayıl dünyasını bu amal uğrunda igidcəsinə dəyişdi, şəhid adına, ölməzlik statusuna, həmçinin “Vətən uğrunda” medalına layiq görüldü. Başın uca, torpağın yumşaq, yerin cənnətməkan olsun. Səninlə bütün ata-baba yolunun müsafirləri daim fəxr edəcəklər.

Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi

 

Şərhlər bağlıdır.