İranın qol kralının adı açıqlandı

İranda futbol üzrə 2020-ci ilin qol kralı Sərdar Azmun elan olunub.
Bu idmançı Rusiyanın “Zenit” klubunda çıxış edir. 26 yaşlı hücumçu 2020-ci ildə 22 dəfə fərqlənib.
S.Azmun 1995-ci il yanvarın 1-də İranda türkmən ailəsində anadan olub. Peşəkar futbolçu karyerasına yerli “Sepahan” klubunda başlayıb. Sonra Rusiyanın “Rostov” və Kazanın “Rubin” klublarında oynayıb. Azmun 2020-ci ilin yanvarında 12 milyon avroya “Zenit”ə transfer edilib. Onun müqaviləsinin müddəti 2022-ci ildə başa çatacaq.

Şərhlər bağlıdır.