ŞƏHİDLƏRİMİZ: BU DƏFƏ ŞƏKİLLƏR DANIŞIR..

MAİS ŞADİBƏY OĞLU SƏMƏDOV

Azərbaycan Ordusu 27 il işğal altında olan torpaqları 60 gündür ki, erməni faşistlərindən azad edib. Vətən müharibəsində bu dəfə də qəhrəmanlıqla döyüşənlər sırasında fədailər nəslinin yüzlərlə övladları, varisləri oldu. Şəhid düşənlərimiz də var. Saytımız onların hər biri barədə oxucularımızı ətraflı məlumatlandırmaq, igidliklərinə layiq yazılar təqdim etmək niyyətindədir. Hələlik bu dəfə yadigar şəkillər danışacaq, biz isə yaradıcı sözü sonraya saxlayırıq.

  MAİS ŞADİBƏY OĞLU SƏMƏDOV

Xaçmazın Qardaşoba kəndində dünyaya gəlib. Tanınmış şair, Tariyel Pərdəşünasın qız övladı, tibb bacısı Ruhiyyə ilə ailə həyatı qurub. 2 övladı var – Məleykə və Süleyman. Gizirdir, xüsusi təyinatlı döyüşçülərlə birgə keçirdiyi uğurlu əməliyyatları ilə yaddaşlarda qalıb.

TƏLTİFLƏRİ

(24.12.2020) — “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)

Şərhlər bağlıdır.