Səid Mollazadə dünyasını dəyişib

Mübarizliyi və xeyirxahlığı ilə yaddaşlarda qalacaq insan

Bu acı və qəfil xəbər İran hüdudlarından kənarda da gec çatsa da dərin təəssüf hissi ilə qarşılanıb. Ona görə ki, Səid Həmid oğlu Mollazadə nəinki yaşadığı Təbrizdə, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda xeyirxah, səmimi, mübariz bir insan kimi tanınırdı. Təbrizin qədim “Ərk intişaratın”ın müdiri 14 yanvar 2021-ci ildə (25 dey 1399-cu il) gözlənilmədən dünyasını dəyişib. Atasının vəfatından sonra bu qədimi intişaratın fəaliyyətinə o, məsuliyyət daşıyırdı. Dünyagörüşünə, daim haqqın yanında olmasına, çoxlarının köməyinə çatmasına görə hörmət sahibi olan Səidin qəfil vəfatı bu səbəblərdən üzüntü ilə qarşılandı.
Səid jurnalist ailəsində dünyaya gəlmişdi. Atası mütərəqqi ruhlu yazıları ilə tanınırdı. O, Həmid Mollazadənin “Seyri dər kuçehaye xatirat: Təbriz əz Şəhrivər 1320 ta inqilabi eslami” kitabını nəşr etdirmişdi.
Azərbaycan Demokrat Firqəsi dərin təəssüf hissi ilə mərhumun bütün yaxınlarına, məsləkdaşlarına başsağlığı verir, ruhu şad olsun deyir.

Şərhlər bağlıdır.