İranın ən gözəl təbii fenomenlərindən biri

Kirman vilayətinin mərkəzində və “Şəhri-Babək” şəhərinin yaxınlığında İranın ən gözəl təbii fenomenlərindən biri yerləşib. Bu barədə oxucuları SəhərAzəri saytı məlumatlandırır.
“Moxərege” gölü şəffaflığı və səmanın təsvirinin onun səthində qüsursuz əks olunması səbəbindən İranın ən böyük təbii güzgüsü adını qazanıb. Sizi bu təbii güzgü ilə tanış edirik. Moxərege, xurma mənasında olan mox kəlməsindəndir. Bölgənin qədim sakinlərinin dediyinə görə, bu nahiyədə xurma əkilirmiş. Hazırkı dönəmdə buna inanmaq çətin olsa da xurma ağacının qabığı və qalıqlarının tapılması iddianın həqiqət olduğuna dəlalət edə bilər.
Moxərege gölü 35 kilometr sahə ilə “Şəhri-Babək” şəhərinin cənubunda yerləşib. Gölün ekosistemi mövsümidir və regionun ilk yağıntıları sayəsində su ilə dolur. Gölün üzərindən işığın inikası yerlə səmanı bir-birinə calayır. Burada geniş bir sahə vardır ki, güzgüyə bənzəyir.
İranın ən böyük təbii güzgüsü olan Moxərege gölündə göy üzünün əks olunmasının heyrətamiz mənzərəsi, hər bir tamaşaçını riqqətə gətirir.

Şərhlər bağlıdır.