Məhəmməd Cavad Zərif Ermənistanda qırmızı xətti tapdı

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Ara Ayvazyanla görüşüb.
Azerbaycan-ruznamesi.org APA-ya istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi internet saytında məlumat yayılıb.
Qeyd edilib ki, XİN başçılarının ikitərəfli görüşündə əlaqələr və regional məsələlər müzakirə edilib.
Ermənistan daxil olmaqla bütün ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə hörmətlə yanaşıldığını bəyan edən Zərif Ermənistanın ərazi bütövlüyünü İranın qırmızı xətti adlandırıb. XİN rəhbəri Ermənistanı İranın əhəmiyyətli qonşusu kimi xarakterizə edib. Beləliklə, yenə məlumatında ikibaşlı yanaşmadan çəkinməyib.

Şərhlər bağlıdır.