9. TEHRAN-TƏBRİZ YOLUNDA

29 aprel – 10 may 1946-cı il

Azəbaycanın müxtəlif təbəqələri tərəfindən Tehrana göndərilmiş  nümayəndələrə teleqraflar

Xalxal əhalisi tətfindən

Xalxaldan:

Hörmətli Baş nazirimiz cənab Pişəvəriyə

Üzü: cənab Qəvamüssəltənəyə

“Biz 120000 nəfər Xalxal əhalisi bir yerə yığılıb deyirik ki, Azərbaycanda milli azadlığın hüdudları demokratiya çərçivəsində olmalıdır. Xalq tərəfindən çıxış edən natiqlərin sözlərini eşidərək and içirik ki, Azərbaycanın azadlığını və İranın həqiqi demokratik ölkə olmasını var qüvvəmizlə müdafiə edəcəyik. Azərbaycan milləti keçmişdə İran azadlığının bayraqdarı olduğu kimi yenə də bütn İranın azadlığının bayraqdarı olacaqdır. Biz Azərbaycan azadlığını gözləməklə İranın istiqlal və azadlığını da göz bəbəyi kimi qoruyacağıq. Azərbaycanda əldə edilmiş azadlığı bütün İran üçün tələb edirik”.

Azad Şahin Muradi, Cabbar Hüseyni, Beydulla İbadpur, Təvəkküli Nurulla Şirvani, Məhəmməd, Qaım Əminpur, Əhməd Əzizyan, Səidulla Pərvizi, Əli Mollai, İbrahim Hətai, Nurulla Vəziri, Noi Cəlilpur İskəndəri, Fəttahpur, Muxtar Qadir, Şalçı, Məcid Rəhimi Hadi, Qəvidil, Məhəmməd Qəzai, Həmdulla Mədədi, Əsədulla Fərhudi, İsmayıl, Həsən, Mahmud, Behbudi, Salamulla, Fərhudi Bahadur Turabi, Rza Gəncə, Lütfulla Qurbani, Kələntəri, Hüccətulla Rüstəmpur, İnayət İskəndəri, Qubad Gəncə, İsmayıl Elani, Məhərrəm Molla Əli, Yusifi, Abuzər Mehri, Həkim İbadi, Həbibulla Təbibyan Nəraği, Seyfulla Cəlili, Şaban, Əsğəri, Aslani, Ələkbər Səmimi, Vəliyulla Müntəziri, Xadimi Musa Daməngir, Bəşirzadə, Mənafi Hidayətulla, Nemət Təyyari, Təmcidi, İskəndəri, Nəsrulla Mehriban, Rəhmətulla Əmui, Məhəmmədtağı Şərifyan, Xan Nejad Qəşəm, Qənbəri, İskəndər Mülki, Şəhrulla Məşuqi, Ruhulla Əzizi, Əhməd Mənsuri, Əşrəf Tufani, Məhəmməd Möhübbi, Mədəni Kərim Təmcidi, Cavad Mədəni, Həsən Qafarzadə, Yusif Şəhriyar, İmamulla Aşuri, Nəcəfqulu Kazımi, Süleyman Tufanpur Abuzər, Səidnejad Zehtab, Hüccət Seyid Kazım, Mədəni Səməd Fatehi, Möhsün Əminpur, Qüdrət Azəri, Heydəri, İbrahim Nazirpur, Məhyəddin Hüseyn Salehi, Yahya Salehi Təvəkkül, Hadi Mədəni, Rəhim Məhbubi, Bala Xaknejad, Cəmşid Xaknejad, Nüsrətulla Fətullazadə və Asif. 

Rzaiyyə (Urmiya) əhalisi tərəfindən

Tehran. Azərbaycan Milli Hökumətinin Baş naziri cənab Pişəvəriyə

Üzü: “Rəhbər”, “Ajir”, “Necat-e İran” qəzetlərinə

“Bu gün, bazr günü, 5 may 1946-cı il tarixində, səhər saat 8-də 20 min nəfərdən artıq müxtəlif təbəqələrin nümayəndələrinin, fədailər, fəhlələr, Azərbaycan Demokrat Firqəzinin bütün üzvlərinin iştirakı ilə təşkil olunmuş təntənəli böyük bir mitinqdə bütün nümayəndələrin nitqlərini eşidib və onların istədiklərini bir səslə sizə yetiririk. Azərbaycan milləti həmişə İran azadlığının bayraqdarı olduğu kimi  yenə də bütün İranda azadlığın rəhbəri olacaqdır. Beləki, Azərbaycanın azadlığını gözləmək bizim üçün müqəddəs milli bir vəzifədir. Habelə bütün İranın həqiqi istiqlal və azadlığını qorumağı və müdafiə etməyi özümüz üçün mütləq və milli bir vəzifə hesab edirik. Azərbaycanda meydana gəlmiş islahatın bütün İranda da icra olunmasını o hörmətli nümayəndələrimizdən ciddi surətdə tələb edirik”.

Mitinqdə iştirak edən bütün Urmiya əhalisi adından: Kapitan Xəlil Azad, Ağdaş İqbali Fəthi, Fatimə Nabi, Nəzmi Nemət Danil, Doktor İntizami, Doktor Əfşar Qaimi, Hacı Şəhidi, Baron Bedli Anu, Məlik İbadi, Səfəri, Berehani, Dadaşyan, Kaşikar, Səfirzadə, Şəkiba, Bətül Etimad Nəcəfi, Fəryadnəkeş, Qənbəryan, Bəbə Təməddün, İskəndəri, Həbib.

Marağa Xalq Qoşunları adından

Tehran. Azərbaycan Milli Hökumətinin Baş naziri və Xalq Qoşunlarının Baş komandanı və Azərbaycan xalqının möhtərəm nümayəndə heyətinin rəisi cənab Pişəvəriyə

Üzü: Bütün xalq nümayəndələrinə

Üzü: “İran-e ma”, “Necat-e İran”, “Dad”, “Mərdom”, Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” qəzetlərinə

“Biz, Marağada olan Azərbaycan Milli Hökumətinin xalq qoşunları, hazırıq, axır damla qanımız qalana qədər Azərbaycan Milli Hökumətini müdafiə edək, hər kəs Azərbaycan Milli Hökumətinin sərhədlərinə təcavüz etsə, əlini kəsib düşmən ordularını tar-mar edək. Azərbaycan xalqı öz azadlığını qorumaq üçün bu həqiqi milli qoşunu yaratmışdır. Bu qoşunu təşkil edən xalqımızın azadlıqsevər zabitləri və millətin güc mənbəyi olan bu xalq qoşununun arxası millətədir. O möhtərəm nümayəndələr Azərbaycan xalqının istədiklərini əsas götürməlidirlər. Biz bütün İran xalqlarının həqiqi bir demokratik hökumət sayəsində yaşamalarını tələb edib və İran istiqlalı hüdudunda Azərbaycan Milli Hökumətinin toxunulmaz qalmasını tələb edirik”.

Marağa Xalq Qoşunları tətfindən:

Polkovnik Fədai, podpolkovnik Pirzadə, Sotan Qəhrəman, Soltan Musalı, baş leytnant Siyasi, leytnant Məhbubi, kiçik leytnant Müqəddəm, kiçik leytnant Əlizadə, kiçik leytnant Dəbbaği, kiçik leytnant Şabanpur, kiçik leytnant Azəryar, kiçik leytnant Mərəndi, kiçik leytnant Həmidpur, kiçik leytnant Dibazər, kiçik leytnant Daniş, kiçik leytnant Növcahani.

Serjantlar tərəfindən: serjant Məcid, baş serjant Hüseyni, başçı Nadiri, başçı Məşiri.

Əsgərlər tərəfindən: Arifi, Üskui Zehtab, Behrudi, Şərifi, Sadiqi, Bəhlul, Yusifpur

 

Azərbaycan,, qəzeti, ADF orqanı, Təbriz, say197, 13.05.1946

Şərhlər bağlıdır.