Zəngəzuru qaytarıb, İrana qarşı çıxmalıyıq

Erməni KİV-in bu mövqeyinə indiyədək reaksiya yoxdur

Ermənistan gec-tez Rusiyanın təsir dairəsindən çıxacaq, xarici siyasət və geosiyasətdə Qərbə istiqamətlənəcək. Bu, Ermənistan üçün yeganə yoldur, amma burada da heç də hər şey hamar deyil. Qərb həm də NATO deməkdir, NATO isə öz növbəsində Qafqazda Türkiyə ilə təmsil olunur.

Bu barədə Ermənistanın “Politik.am” nəşrində dərc olunan məqalədə qeyd edilib.

“Əgər Ermənistan Rusiyanın təsir dairəsindən çıxaraq Qərbə tərəf üz tutsa, Türkiyə ilə münasibətlərə yüz faiz yenidən baxılmalıdır. Bu isə öz növbəsində “erməni soyqırımı”, Qarabağ məsələsindən tam olaraq imtina və nəticə etibarilə Zəngəzurdan əl çəkmək deməkdir. Ermənistan buna dövlətçiliyini qorumaq üçün razılaşmalıdır. Başqa seçimimiz yoxdur. Siz Gürcüstana baxın, bu gün heç bir dövlət bu ölkəyə bir şey deyə bilməz. Onun arxasında Qərb dayanır”, – deyə erməni nəşri yazır.

Saytın məlumatına görə, Qərbin Gürcüstana yalnız Qara dənizdə rusların narahatlığına səbəb olması üçün ehtiyacı var, Ermənistanın isə dənizi yoxdur və Qərbə yeganə maraq İrəvanın antiiran strategiyası ola bilər.

Azerbaycan-ruznamesi.org: bu fikirlər erməni mediasında ötən ay səslənsə də nə daxildə, nə də qonşu ölkə olan İranda ona reaksiya verən olmayıb. Susqunluq razılıq əlamətidir, ya əhəmiyyət verməmək?!

 

Şərhlər bağlıdır.