ABŞ 7 MİLYARD DOLLARINI QAYTARMAQ İSTƏYİR

XEYİR OLA?!

Livanın “Əl Məyadin” telekanalının yaydığı məlumatda ABŞ-ın İranın dondurulmuş aktivlərindən 7 milyardını qaytarmaq istədiyini göstərilib.

Bildirilib ki, Tehran və Vaşinqton eyni zamanda qarşılıqlı olaraq 4 nəfəri azad etməklə bağlı da razılaşıblar.

Böyük Britaniyanın da İrana məxsus 400 milyon funt-sterlinqlik aktivi bərpa edəcəyi vurğulanıb.

Azerbaycan-ruznamesi.org: Bu informasiya İranın ABŞ və Böyük Britaniya ilə münasibətlərinin xeyli gərginləşdiyi, İİR ilə nüvə sazişi ətrafında müzakirələrin nəticəsiz qaldığı bir vaxtda yayımlanıb. Elə isə sual doğur: ABŞ və müttəfiqi üçünçü dünya dövlətlərinə qaytarmalı olduğu vəsaitləri, borcları hec vaxt humanizm prinsipindən çıxış edərək verməyib. Yaxın keçmişimizdə şahın özü ilə apardığı və ABŞ banklarında yerləşdirdiyi 20 milyardan çox pulun taleyini yada salaq. Yagin ortada başqa amillər var ki, bunun da səbəbləri ictimaiyyətdən gizli saxlanılır.

Nazim

Şərhlər bağlıdır.