SURİYADA PREZİDENTLİYƏ ÜÇ NAMİZƏD QALIB

HAFİZ ƏSƏDİN DAHA ÜSTÜN OLDUĞU SÖYLƏNİLİR

Suriya xalqının tezliklə yeni prezident seçkilərində iştirakı, qarşıdakı müddət üçün dövləti idarə edəcək şəxsi müəyyənlişdirməsi qısa zaman kəsiyinin söhbətidir.

“SANA” informasiya agentliyinin yaydığı xəbərdə prezidentliyə namizədlərin qeydiyyatının başa çatdığı göstərilir.

Ali Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Cihad əl-Ləhəm mətbuat konfransında üç nəfərin namizədliyinin təsdiqləndiyini deyib. Üçlük Abdullah Salum Abdullah, Bəşər Hafiz Əsəd və Mahmud Əhməd Maraidən ibarətdir.

Ali Konstitusiya Məhkəməsinin rəhbəri bildirib ki, diskvalifikasiya olunanların üç gün ərzində apellyasiya şikayəti vermək hüququ var və etirazlarını Ali Məhkəməyə təqdim edə bilərlər.

Xatırladaq ki, Suriyada prezident seçkiləri mayın 26-da keçiriləcək və Bəşər Əsədin yenidən dövlət rəhbəri seçilmək şansı daha böyükdür.

Aynurə

Şərhlər bağlıdır.