İRANDA İSLAHATÇILARIN SEÇKİÖNCƏSİ “SOYQIRIMI”

YAGİN BU RUHANİ İLƏ BAĞLIDIR

Növbəti həftədə İranda seçkilərə buraxılacaq namizədlərin müəyyənləşdiriləcəyi gözlənilir. Lakin indidən demək olar ki, islahatçıların bu dəfə uduzacağı və ya uduzdurulacağı proqnozu ortada vardır. Bu istiqamətdə gələn məlumatlar da həmin prespektivlərdən xəbər verir.

İslahatçı namizədlər Tehran və İsfahandan sonra Şirazda da belə prosesə məruz qalıblar. Şiraz şəhər şürasının mətbuat katibi onların hamılıqla belə münasibətə məruz qaldığını qeydə alıb. Səyid Nəzəri “İlen” informasiya agentliyinə bildirib ki, şəhər şurasına qeydə alınan 9 nəfərin namizədliyi ləğv edilib.

Nəzərinin sözlərinə görə onlara qarşı seçki qanunun 30-cu maddəsinin qadağaları tətbiq olunub. Həmin maddədə İslamın qayda qanunlarına sədaqət və inamın nə dərəcədə möhkəmliyi nəzərə alınır.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.