İRANDA PREZİDENT SEÇKİLƏRİNDƏ NAMİZƏDLƏRİN QEYDİYYAT TARİXİ

Azerbaycan-ruznamesi.org İranın kütləvi informasiya vasitələrinin yaydığı məlumata istinadən burada prezident seçkilərində iştirak etmək istəyən namizədlərin qeydiyyatının mayın 11-də başlayacağını müəyyənləşdirib. Proses 5 gün davam edəcək. Həmin müddətdə namizəd lazım olan bütün sənədləri toplayıb Seçki Bürosuna təqdim etməlidir.

Bu barədə məlumat İranın Daxili İşlər Nazirliyinin bəyanatında yer alıb.

İranda növbəti – 13-cü prezident seçkiləri iyunun 18- nə təyin olunub. İran parlamentinin və Xubreqan məclisinin bir neçə deputatı koronavirusa yoluxaraq vəfat etdiyi üçün prezident seçkiləri ilə paralel olaraq, bu orqanlara da seçkilər keçiriləcək.

Şərhlər bağlıdır.