Eastnews.org-un verdiyi xəbərə görə, İranda iyunun 18-də prezident seçkiləri keçiriləcək. Sayt yazır ki, koronavirus pandemiyası səbəbindən seçkilərin təxirə düşməsi barədə yayılan xəbər həqiqəti əks etdirmir. Mərkəzi Seçki Qərargahının rəhbəri Camal Əraf bildirib ki, İranda 70 min seçki məntəqəsi fəaliyyət göstərir, onların da əksəriyyəti açıq havada təşkil olunub. Seçki zamanı sosial məsafənin gözlənilməsinə və tibbi maskadan istifadəyə ciddi nəzarət olunacaq.
C.Ərafın sözlərinə görə, hökumət və Daxili İşlər Nazirliyi prezident seçkilərinin təxirə salınması barədə plana malik deyillər. İranda prezident seçkiləri nəzərdə tutulan vaxtda keçiriləcək. Hələlik isə namizədlərin irəli sürülməsi prosesi gedir.
Azerbaycan-ruznamesi.org-un əldə etdiyi məlumata görə, namizədlər arasında İranın sabiq müdafiə naziri Hüseyn Dehqan, Tehranın keçmiş meri Məhəmməd Əli Əfşani, İranın Demokratlar Partiyasının lideri Mustafa Kevakibian, mərhum prezident Haşimi Rəfsəncaninin qızı Faizə Rəfsəncani, İranın parlament sədrinin birinci müavini əmir Hüseyn Qazizadə və digər tanınmış simaların adları var.
Şərhlər bağlıdır.