BÖYÜK MÜTƏFƏKKİRƏ AİD YENİ KİTAB

Nizami Gəncəvi: etnogenez və mifologiya

Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun Nizami Gəncəvinin 850 illik yubileyine töhfəsi var. Bu günlərdə “Elm və təhsil” nəşriyyartında “Nizami Gəncəvi: etnogenez və mifologiya” kitabı nəşr olunub.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, Kitabda müəllifin 1986-cı ildə müdafiə etdiyi diplom işinin əsas mətni orijinalda olduğu kimi təqdim edilir. İnstituttan Azerbaycan-ruznamesi.org saytına bildirilir ki əsərdə Azərbaycan-Oğuz mifologiyası, XII əsr intibah şəraitində Nizaminin mifoloji motivlərə müraciətinin nəzəri-estetik şərtləri və tarixi-etnik şəraiti, sənətkarın “Yeddi gözəl” poemasında təbiət və cəmiyyətin vəhdəti konsepsiyası, Bəhram və Oğuz ovçuluq kultu Bəkil, ictimai-əxlaqi ideya və əski əsatirlər, poemadakı “Xeyir və Şər” nağılında Azərbaycan – Oğuz əsatirlərindən istifadə, Bəhram şah və əski heyvandarlıq kultu ilə bağlı müdrik çoban kimi məsələlərdən bəhs olunur.

Yeni kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Mürsəl Həkimov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent İsrail Mustafayevdir.

Nurlana Qafarov

Şərhlər bağlıdır.