Bu duyğuları 9 May alman faşizmi üzərində qələbənin 76-cı ildönümü ərəfəsində qələmə alıram. Xaos, qatı millətçilik, faşizm.
Bizim cavanlar elə başa düşür ki, qatı millətçilik dövləti, vətəni sevməkdir. Xeyr. Korkoranə millətçilik başlayanda:
– Dövlət zəifləyir.
– Bir qrup saxta, qaraguruh insan baş qaldırır.
– Ən yaxşı halda inqilab olur, dövlətin inkişafı dayanır və düşür quyunun dibinə.
– Ən pis halda müharibə qaçılmaz olur. Bununla da faşizm qalib gəlir.
Belə qaraquruh millətçiliyin iki devizi var:
– Hər bir şeyi dağıdıb yenidən qurmaq. Niyə? Necə deyərlər: Stol kəşf olunub , bəlkə sındırmayaq, təkmilləşdirək.
– Mənim millətim dahidir. Qalanları ikinci dərəcəli insanlardır. Bu isə tam faşizmdir. Bunun faciəsini isə belə insanların hərəkətinə susan bütün millət çəkir.
Necə ki, Almaniyada bir nəfərin-Hitlerin gic əməllərinə görə bütün Almaniya yerlə-yeksan oldu. Dünyada 75 milyon insan həlak oldu. İkinci Qarabağ müharibəsində erməni faşizminə qarşı Azərbaycanda yaşayan bütün millətlər birləşdi və qalib gəldi. Gəlin korkoranə millətçilikdən uzaq olaq. Əziz dostlar, qarşıdan gələn 9 May – Faşizm üzərində Qələbə günü münasibəti ilə hamınızı təbrik edirəm!
Xanhüseyn Əliyev
Şərhlər bağlıdır.