ANCAQ RƏİSLƏR, YAXUD SİYASI HÜQUQLARIN MƏHDUDLAŞDIRILMASI

İranın Mərkəzi Seçki Komissiyasının (Nigəhban Şurasının) prezidentliyə namizədlik üçün açıqladığı yeni şətlərə görə yalnız ən yuxarı vəzifəli şəxslər-ruhanilər, prezidentin, spikerin və məhkəmə hakimiyyətinin müavinləri, general-mayor və yuxarı rütbəli komandanlar, valilər (ostandarlar), ümumiran dövlət və qeyri dövlət təşkilatları qurumlarının rəhbərlər, əhalisi 2 milyondan çox şəhərlərin merləri prezidentliyə namizəd ola bilərlər. Belə götürsək yəqin ki, sayları heç min nəfərə çatmaz.

Azerbaycan-ruznamesi.org: Bu da İranın “demokratik seçkilər sisteminin” təzahürü. Aydın məsələdir ki, bu sistem yalnız hakimiyyətin mənafeinə uyğun namizədlərin müəyyənləşdirilməsi üçündür.

V.Mustafayev

Şərhlər bağlıdır.