Mahmud Əhmədinejad yenidən prezident olmaq istəyir. O, iyun ayında keçiriləcək prezident seçkilərində iştirak edəcək.
Eks-prezidentin bu cəhdi barədə ölkənin və xarici dövlətlərin KİV-ləri bu barədə informasiyalar yayımlayırlar. İran mətbuatına istinadən xəbər verir ki, Əhmədinejad tərəfdarlarının müşayiəti ilə Daxili İşlər Nazirliyinin nəzdindəki qeydiyyat mərkəzində olub, müvafiq formaları doldurub.
2005-2013-cü illərdə prezident postunu tutan M. Əhmədnejadın 8 illik hakimiyyəti dövründə iranlıların necə deyərlər, barmaqları bala batmışdı. İndi isə yenidən həmin kresloya oturmaq istəyir.
Burada vurğulayaq ki, 2016-cı ildə ali dini rəhbər Ayətullah Əli Xamenei Əhmədinejadın prezidentliyə namizəd olmasına qadağa qoymuşdu. Hərçənd, o həmin vaxt da qeydiyyatdan keçmişdi. Qəyyumlar Şurası ali dini rəhbərin mövqeyini nəzərə alaraq onu seçki prosesindən kənarlaşdırmışdı.
Düzdür, Xamenei bu dəfə hər hansı namizədə qarşı çıxmayacağını söyləyir. Bunu zaman göstərər. Ortada söz sahibi kimi görünən Qəyyumlar Şurası var ki, onun da Əhmədinejadın namizədliyini əngəlləyə biləcəyi söylənilir.
Məlumat üçün bildirək ki, İran konstitusiyası bir şəxsin üç dəfə ardıcıl bu vəzifədə çalışmasını qadağan edir. Bu baxımdan Həsən Ruhani prezident olduğu üçün Əhmədinejadın həmin vəzifə uğrunda yarışmaq şansı var.
İranda namizədlər üçün mayın 11-də başlanmış qeydiyyat prosesi 5 gün çəkəcək. Bundan sonra müraciətlər Qəyyumlar Şurası tərəfindən yoxlanacaq.
Şura mayın 27-də namizədlərin siyahısını açıqlayacaq və 20 günlük seçki kampaniyasına start veriləcək. Seçkinin iyunun 18-də keçirilməsi planlaşdırılıb.
Hazırkı prezident Həsən Ruhani iki müddət ardıcıl bu postda olduğundan namizədliyini təkrar verə bilməz.
Seçici
Şərhlər bağlıdır.