15 MAY 2021-Cİ İL SAAT 18:00

İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatdı

15 may 2021-ci il yerli vaxtla saat 18:00-da İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb. Azerbaycan-ruznamesi.org APA-nın Tehran bürosunun məlumatına istinadən bildirir ki, 5 günlük müddət ərzində 592 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçib. Namizədlərin 40 nəfəri qadındır. Bu, öncəki prezident seçkiləri ilə müqayisədə 2 dəfə azdır. Belə ki, onda 1636 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçmişdi ki, onlardan 137 nəfəri qadın idi.

Prezidentliyə namizədlərin qeydiyyatı ilə bağlı bir çox diqqət çəkən məqamlar olub. Günün son saatlarında ölkənin Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, sabiq spiker Əli Laricani, İran Ali Liderin Ali Milli Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, İran prezidentinin birinci müavini İshaq Cahangiri və “Sepah”ın sabiq komandiri Möhsin Rzayi kimi tanınmış simalar namizəd kimi qeydiyyatdan keçiblər.

Ümumiyyətlə, bu dəfəki prezident seçkilərində 45 tanınmış sima öz namizədliyini irəli sürüb.

 

İran Konstitusiyasına Nəzarət Şurası bu gündən namizədliyi qeydiyyata alınanlarla bağlı araşdırmaya başlayıb. Şura may ayının 26-da səlahiyyəti təsdiq olunmuş şəxslərin adlarını elan edəcək. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

Vəkil

Şərhlər bağlıdır.